"Bu gün Azərbaycan gəncliyi müstəqil və güclü dövlətin vətəndaşı kimi formalaşır" - DEPUTAT

"Bu gün Azərbaycan gəncliyi müstəqil və güclü dövlətin vətəndaşı kimi formalaşır" - DEPUTATGənc nəslin milli mənlik şüurunun formalaşması və vətənpərvərlik ruhunda yetişməsi hər bir dövlətin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır. Bu məsələ bütövlükdə cəmiyyətin məsuliyyətidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, tariximizi, milli-mənəvi dəyərlərimizi, dövlətçilik ənənələrimizi gənclərə düzgün və ardıcıl şəkildə aşılamaq vacibdir:

"Bu istiqamətdə məktəbəqədər təhsil müəssisələrinin rolu xüsusi əhəmiyyət daşıyır. Uşaqlarda milli dəyərlərə bağlılıq və vətənə sevgi hissinin ilk təməli məhz erkən yaşlarda qoyulur. Məktəblərdə və ali təhsil müəssisələrində Azərbaycan tarixinin, milli qəhrəmanlarımızın və dövlətçilik irsimizin daha geniş formada tədrisi xüsusi əhəmiyyət kəsb edir. Gənclərin şəhid ailələri və qazilərlə görüşləri, Vətən müharibəsi ilə bağlı həqiqətlərin öyrənilməsi, tarixi məkanlara səfərlərin təşkili onların milli kimliyinin daha dərindən formalaşmasına xidmət edir. Bu cür tədbirlər gənclərdə Vətənə bağlılıq hissini gücləndirir və dövlətinə qarşı məsuliyyət duyğusunu artırır".

Eyni zamanda deputat onu da vurğuladı ki, gənclərin ictimai fəaliyyətə cəlb olunması, könüllülük hərəkatının genişləndirilməsi, mədəni və intellektual layihələrin həyata keçirilməsi də böyük əhəmiyyət daşıyır:

"Gənclər mütaliə edən, düşünən, müzakirə edən və cəmiyyət həyatında aktiv mövqe tutan fərd kimi formalaşmalıdır. Bu prosesdə ailə institutu və medianın rolu da xüsusi qeyd olunmalıdır.
Azərbaycanın müstəqilliyi və davamlı istiqrarı Ulu Öndər Heydər Əliyevlə başladığı üçün ölkəmizdə həyata keçirilən gənclər siyasəti də məhz onun adı ilə bağlıdır. Bu gün Azərbaycan gəncliyi müstəqil və güclü dövlətin vətəndaşı kimi formalaşır. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin milli ruhda tərbiyə olunmasına, onların potensialının üzə çıxarılmasına və dövlətimizin gələcəyinin etibarlı əllərdə olmasına xidmət edir. Əminəm ki, milli dəyərlərinə bağlı, vətənpərvər və savadlı Azərbaycan gəncliyi sabahını daha da güclü edəcək".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusuna uyğun olaraq dərc edilir.

"Bu gün Azərbaycan gəncliyi müstəqil və güclü dövlətin vətəndaşı kimi formalaşır" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1424   Tarix: 11 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr