İsrail ordusu Livanda "Hizbullah" obyektlərinə genişmiqyaslı zərbələr endirir - VİDEO
İsrail ordusu Livanın cənubunda, Dov dağı ərazisində "Hizbullah"a qarşı bir neçə əməliyyat keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
"Əməliyyatın məqsədi İsrailin şimal bölgəsinin sakinləri üçün müdafiəni gücləndirməkdir. Hücum zamanı "Hizbullah"ın dayaq məntəqələri, raket qurğuları, minaatan mərmilər və digər silahların saxlandığı anbarlar aşkarlanıb.
Aşkar edilən bütün silahlar İsrail hərbçiləri tərəfindən məhv edilib", - deyə məlumatda bildirilib.
11:40
İsrail ordusu Livan ərazisində "Hizbullah" hərəkatının obyektlərinə növbəti zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
"Son saatlarda İsrail ordusu bütün Livan ərazisində "Hizbullah"a məxsus infrastruktur obyektlərinə genişmiqyaslı zərbələr silsiləsinə başlayıb.
Hücum zamanı atəşə hazır vəziyyətdə olan onlarla raketburaxıcı qurğu sıradan çıxarılıb. Həmçinin İsrail istiqamətində atışlar həyata keçirməyə hazırlaşan onlarla "Hizbullah" döyüşçüsü zərərsizləşdirilib.
SAXAL 30 dəqiqə ərzində Dahiya rayonunda hərəkatın 10 obyektinə, o cümlədən kəşfiyyat qərargahına, "Radvan" bölməsinin qərargahına və əlavə komanda məntəqələrinə zərbələr endirib", - deyə məlumatda bildirilib.
"Hizbullah" hərəkatı isə bu gün səhər saatlarında Təl-Əviv yaxınlığındakı Qlilot hərbi kəşfiyyat bazasına raketlər atdığını bəyan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 258 Tarix: 12 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ daha bir ölkəyə hücum planlaşdırır?
ABŞ Administrasiyası Kubada hakimiyyətin dəyişdirilməsi məqsədilə hərbi əməliyyatlar variantını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Vaşinqton hələlik diplomatik vasitələrə üstünlük verir və rəsmi Havananı iqtisadi islahatlar
3 mayİsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
İsrail Müdafiə Qüvvələri (İMQ) sutka ərzində Livanın cənubunda "Hizbullah" hərəkatının 120 hədəfini məhv edib. "Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. "Sutka ərzində İsrail Müdafiə Qüvvələri çoxsaylı terror obyektlərinə zərbələr endirib və Livanı
3 mayDonald Tramp idrak testindən keçdi: Ağ Ev liderinə hansı suallar verilib?
ABŞ Prezidenti Donald Tramp özünü idrak testindən sınaqdan keçən yeganə ABŞ lideri adlandırıb. xəbər verir ki, o, bu barədə Florida ştatındakı çıxışı zamanı məlumat verib. "Mən üç dəfə koqnitiv testdən keçmişəm. Yeri gəlmişkən, onları yüksək səviyyədə vermişəm. Mən bu cür idrak sınağında iştira
3 may"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir
Almaniya hərbi resurslarını "nəyin bahasına olursa-olsun", Litva ərazisinə istiqamətləndirərək orada tank briqadasının yaradılmasına başlayıb. "Report" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. Mövcud məlumatlara görə, söhbət qərargahı artıq Litvanı
3 mayKİV: İran ABŞ blokadası fonunda neft hasilatını azaldır
İran ABŞ-nin tətbiq etdiyi dəniz blokadası fonunda neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıb. xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tehran neft anbarlarının tam dolmasını gözləmədən əvvəlcədən hasilatı azaltma
3 mayZelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb
Rusiya cari həftə ərzində Ukraynaya qarşı 1 600-ə yaxın zərbə pilotsuz uçuş aparatı, 1 100-ə qədər idarəolunan aviabomba və üç raketdən istifadə edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb. O qeyd edib ki, zərbələr xüsusilə Nikolaye
2 mayHindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
Marşal Adaları bayrağı altında üzən və göyərtəsində Hindistan yükü olan "MT Sarv Shakti" qaz tankeri Hörmüz boğazını təhlükəsiz şəkildə keçib. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən ANI məlumat yayıb. "18-i Hindistan vətəndaşı olmaqla, göyərtəsindəki 20 ekipa
3 may