"Qlobal Bakı Forumu - Azərbaycanın diplomatik gücünün dünyaya meydan oxuyan tribunası"

"Qlobal Bakı Forumu - Azərbaycanın diplomatik gücünün dünyaya meydan oxuyan tribunası"XIII Qlobal Bakı Forumunda Prezidentin çıxışı dövlətimizin uzunmüddətli strategiyasının tezisləri idi

Bu gün Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da məhz ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar və mövcud problemlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur, onların həlli yolları axtarılır. Bu baxımdan XIII Qlobal Bakı Forumu hazırkı regional gərginlik fonunda qlobal müzakirə platforması kimi xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri saytımıza açıqlamasında Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) mühüm beynəlxalq platforma olduğunu qeyd edən Adəm bəy bildirib ki, Qlobal Bakı Forumu mərkəz tərəfindən hər il ənənəvi olaraq keçirilir.

"İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaq təmsil olunub. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Forumların birində 68 ölkədən 350-dən çox qonağın iştirak etməsi də bu faktı təsdiqləyir. Qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçılarının olması Forumun nəhəng intellektual potensialını nümayiş etdirir", - deyə partiya sədri vurğulayıb.

A.Bakuvi bildirib ki, XIII Qlobal Bakı Forumunun açılışı da mühüm məqamlarla yadda qaldı. Forumda Prezident İlham Əliyev geniş məzmunlu çıxışı ilə Bakıdan dünyaya Azərbaycanın haqq davasını ifadə etdi.

"Sülh şəraitində yaşamağın qlobal miqyasda artıq nadir bir təcrübəyə çevrildiyini bildirən cənab Prezident qeyd edib ki, milyonlarla insan etnik təmizləməyə məruz qalır. Otuz il ərzində ərazilərimizin 20 faizi işğal altında qaldı. "Biz bu gün beynəlxalq diqqətin çatışmazlığından əziyyət çəkirik", - deyən dövlətimizin başçısı əlavə edib ki, münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq iştirakçıların selektiv yanaşmasının şahidiyik. Prezident bu forumdakı çıxışında Ermənistanla münasibətlərə də toxunaraq bildirib ki, Ermənistanla sülh yalnız kağız üzərində deyil, real siyasi iradə əsasında mümkün ola bilər".

Vəhdət Partiyasının sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin XIII Qlobal Bakı Forumundakı çıxışı ölkəmizin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyi ifadə etməklə yanaşı, dövlətimizin uzunmüddətli strategiyasının əsas tezislərini də ortaya qoydu.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında region və dünya əhəmiyyətli məsələləri qabartdı, müasir qlobal çağırışlara və təhlükələrə geniş şəkildə toxundu və dünyanın gələcəyi naminə mühüm mesajlar verdi.

Prezident çıxışı zamanı beynəlxalq hüquqa hörmətin və dövlətlərin ərazi bütövlüyünün qorunmasının qlobal təhlükəsizlik və sabitlik üçün ən vacib məsələlərdən biri olduğunu vurğuladı. Eyni zamanda Azərbaycanın keçdiyi yolun - münaqişədən sülhə doğru irəliləyiş modelinin mümkün olduğunu göstərdi və bu təcrübənin beynəlxalq ictimaiyyət üçün nümunə ola biləcəyini qeyd etdi.

Adəm İsmayıl Bakuvi bildirib ki, ildən-ilə iştirakçıların sayının artdığı Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir.

"Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu bir daha təsdiqləyir", - deyə partiya sədri bildirib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunda dünyanın üzləşdiyi problemlər ətrafında aparılan müzakirələr bu platformanın qlobal səviyyəli məsələlərin həlli üçün mühüm əməkdaşlıq məkanı olduğunu bir daha sübut etdi. Forumun keçirilməsi dünyanın daha sabit gələcəyi istiqamətində atılmış mühüm addımlardan biridir", - deyə Adəm İsmayıl Bakuvi vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 378   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021