Çində ailə itmiş qızılı tapmaq üçün 10 ton zibili ələk-vələk edib
Çində bir ailə səhvən atılmış qızılı tapmaq üçün bir sutka ərzində 10 ton zibili ələk-vələk edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sohu" nəşri məlumat yayıb.
Şanjao şəhərində bir qadın səhvən dəyəri təxminən 218 000 dollar (təxminən 370 600 manat) olan bir kiloqramdan çox qızılı zibilə atıb. Qiymətli metalın sahibi bildirib ki, o, bir müddət əvvəl zinət əşyalarını və qızıl külçələri satmağı planlaşdırdığı üçün bank seyfindən götürüb. Lakin səhər bacısı evdə təmizlik edərkən qızıl olan paketi zibil hesab edərək küçədəki konteynerə atıb.
Ailə qızılın itdiyini bilən kimi polisə müraciət edib. Hüquq-mühafizə orqanları müşahidə kameralarının görüntülərini yoxlayaraq müəyyən ediblər ki, zibil artıq yük maşını tərəfindən götürülərək qonşu şəhərdə yerləşən zibil emalı zavoduna aparılıb.
Həmin gün ailə polis əməkdaşları ilə birlikdə zavoda gedib və boşaldılmağa yollanan bir neçə zibil maşınını saxlayıb. Təxminən 10 ton zibil ələk-vələk edildikdən sonra ümumi çəkisi 1 000 qramdan çox olan qızıl külçələr və zinət əşyaları tapılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1869 Tarix: 15 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi
İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir qübbə" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib. xəbər verir ki, bunu İsrailin nəqliyyat və yollarda təhlükəsizlik naziri Miri Reqev "Qaley SAXAL" hərbi radiosuna müsahibəsində təsdiqləyib. "BƏ
5 iyulCey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu
5 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulVenesuelada zəlzələ qurbanlarının sayı üç minə yaxınlaşıb
İyunun 24-də Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 2 954 nəfərə çatıb. xəbər verir ki, bu barədə Bolivar Respublikasının İnformasiya və Rabitə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Nazirliyin açıqlamasına görə, zəlzələ nəticəsində 16 592 nəfər xəsarə
5 iyulBritaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir. "The Telegraph"a istinadən xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması v
5 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyul