Trampı əsəbləşdirən müharibə sualı! - VİDEO
ABŞ Prezidenti Donald Trump İranla davam edən müharibə fonunda Yaxın Şərqə göndərilən 5 min hərbçi ilə bağlı suala sərt reaksiya verərək jurnalisti "çox əsəbiləşdirici insan" adlandırıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti İranla davam edən qarşıdurma zamanı hərbi qüvvələrin bölgəyə göndərilməsi barədə verilən suala verdiyi cavabla gündəmə gəlib. Mətbuat konfransı zamanı jurnalist Trampa Yaxın Şərqə 5 min dəniz piyadası və hərbi dənizçi göndərilməsinin səbəbini soruşub.
Prezident isə suala birbaşa cavab vermək əvəzinə jurnalistə sərt reaksiya göstərərək "Sən çox əsəbiləşdirici bir insansan" ifadəsini işlədib. Dialoq qısa müddətdə sosial mediada yayılaraq Vaşinqtonda müzakirələrə səbəb olub.
ABŞ administrasiyası İranla davam edən müharibə səbəbindən bölgəyə əlavə hərbi qüvvələr göndərir. Tramp administrasiyasının qərarı ilə təxminən 5 min dəniz piyadası və dənizçinin Hörmüz boğazı ətrafına yerləşdirildiyi bildirilir.
Qeyd olunur ki, bu hərbi əməliyyat ABŞ və İsrail qüvvələrinin İran ərazisində intensiv hava hücumları həyata keçirdiyi və bölgədə gərginliyin sürətlə artdığı bir dövrdə baş verib.
Məlumata görə, ABŞ və İsrailin fevralın 28-də İran ərazisindəki hədəflərə qarşı başladığı genişmiqyaslı hücumlardan sonra müharibə artıq üçüncü həftəsinə daxil olub. Qarşıdurma zamanı İranın mühüm hərbi obyektləri hədəfə alınarkən, Tehran da bölgədəki ABŞ bazalarına və müttəfiq ölkələrə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Ekspertlər hesab edir ki, ABŞ-ın bölgəyə əlavə hərbçi və döyüş gəmiləri göndərməsi münaqişənin daha geniş miqyaslı mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 497 Tarix: 16 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
5 iyul"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını
5 iyulTramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zaman
5 iyulRusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
5 iyul7 yaşında 116 kilo çəkisi olan uşaq ürək çatışmazlığından öldü
ABŞ-da 7 yaşlı Kasper O'Brayenin ölümündən sonra valideynləri cinayət, işgəncə və uşaq istismarında ittiham olunurlar. Hakimiyyət orqanları iddia edir ki, öldüyü zaman 116 kiloqram çəkidə olan uşaq illərdir baxımsız qalıb və lazımi tibbi yardım almayıb. Hadisə yerinə gələn təcili yardım həkimlərini
5 iyulABŞ-də atışma baş verib: Xəsarət alanlar var
Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind
5 iyulYəmən sahillərində gəmi hücuma məruz qalıb
Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni
5 iyulVenesuelada zəlzələ qurbanlarının sayı üç minə yaxınlaşıb
İyunun 24-də Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 2 954 nəfərə çatıb. xəbər verir ki, bu barədə Bolivar Respublikasının İnformasiya və Rabitə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Nazirliyin açıqlamasına görə, zəlzələ nəticəsində 16 592 nəfər xəsarə
5 iyul