''Yeraltı" serialının məşhur aktyoru qadın cinayətində ittiham edilir
Türkiyədə 27 yaşlı modelyer və bloqer Ayşegül Eraslan evinin qarşısında ölü tapılıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə əvvəlcə intihar adlandırılıb. Lakin daha sonra Ayşegülün ölümündən təxminən bir saat əvvəl aktyor Sunay Kurtuluşun onun evinə gəlməsi ilə bağlı görüntülər ortaya çıxıb.
Bununla bağlı polis idarəsində izahat verən aktyor bildirib ki, modelyerlə təxminən üç həftə əvvəl sosial media vasitəsilə tanış olub. İki dəfə onun evinə gedib, bir dəfə isə birlikdə gəzintiyə çıxıblar.
O, həmçinin deyib ki, Eraslan xaricdən qayıtdıqdan sonra telefonla əlaqə saxlayıblar, görüşmək üçün onun evinə gedib. Bildirib ki, orada çay içiblər, lakin Ayşegül ona zarafatla şillə vurub.
Kurtuluş "belə əl-qol zarafatlarını xoşlamıram" deyərək sərt reaksiya verdiyini qeyd edib.
Xatırladaq ki, Sunay Kurtuluş Türkiyənin izlənmə rekordu qıran seriallarından biri olan "Yeraltı"da "Adnan" obrazını canlandırır
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 860 Tarix: 16 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrTürk bayrağına tüpürən ingilis turist həbs edildi
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba
9 sentyabr