İsrail İranın ali liderinin təyyarəsini MƏHV ETDİ
İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehranın Mehrabad hava limanında İranın ali liderinin istifadə etdiyi təyyarəni dəqiq zərbə ilə məhv etdiklərini bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri öz "Telegram" kanalında paylaşım edib.
"Təyyarədən İranın Ali Lideri Əli Xamenei, digər yüksək vəzifəli rəsmilər və İran hərbi qulluqçuları hərbi satınalmaların həyata keçirilməsi və həm daxili, həm də beynəlxalq uçuşlarda hərəkətləri koordinasiya etmək üçün istifadə ediblər", - deyə məlumatda bildirilib.
10:14
Tehranın şəhərətrafı ərazisinə endirilən zərbə nəticəsində Mehrabad beynəlxalq hava limanının ərazisində təyyarə yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, bir neçə intensiv zərbədən sonra təyyarəni alov bürüyüb.
"AviaNews"un məlumatına görə, zərbəni İsrail ordusu həyata keçirib.
Məlumata görə, 1975-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvi Hərbi Hava Qüvvələri üçün 12 ədəd işlənmiş "Boeing" alıb və bu təyyarə də onlardan biri olub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 847 Tarix: 16 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aleksandar Vuçiç Ukraynada səfərdədir
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək
18 sentyabrToqo bayrağı altında üzən tanker Hörmüz boğazında yanğına səbəb olub
Toqo bayrağı altında üzən Trend tankeri Hörmüz boğazından icazəsiz keçməyə cəhd edib, daha sonra yanğın səbəbindən zədələnib və dayanıb. xəbər verir ki, agentliyin Telegram kanalında deyilir: "Dünən gecə Toqo bayrağı altında üzən Trend tankeri qanunsuz olaraq Hörmüz boğazından keçməyə cəhd edi
18 sentyabrBələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrGürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb
Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük
19 sentyabrPaşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17 sentyabr