Müctəba Xamenei Rusiyada müalicə alır?
"İranın yeni Ali Lideri Müctəba Xamenei Moskvada yerləşən özəl xəstəxanada müalicə alır".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Küveytin "AJ Jarida" nəşri İranın yeni liderinə yaxın yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.
"Müctəba Xamenei sağlamlıq vəziyyəti və təhlükəsizliyi səbəbindən ciddi şəkildə gizli saxlanılan əməliyyat çərçivəsində Rusiya hərbi təyyarəsi ilə Moskvaya çatdırılıb", - nəşr iddia edir.
Məlumata görə, Rusiya paytaxtında Xamenei uğurlu əməliyyat keçirib və hazırda Rusiya Prezidenti Vladimir Putinin iqamətgahı yanında özəl xəstəxanada müalicə alır.
Mənbənin sözlərinə görə, Müctəba Xamenei ABŞ və İsrailin İrana qarşı fevralın 28-də baş tutan ilk hücumları zamanı yaralanıb. İran tərəfi onun müalicə olunduğu yer barədə məlumatların sızdırılacağından ehtiyat etdiyi üçün Vladimir Putinin Xameneinin Rusiyada müalicə olunması təklifi ilə razılaşıb.
"Rusiya Prezidenti Vladimir Putin ötən həftə iranlı həmkarı Məsud Pezeşkianla söhbəti zamanı Müctəbanın Rusiyada müalicə olunmasını şəxsən təklif edib. Xamenei də daxil olmaqla, İran rəsmiləri Rusiyanın təklifini diqqətlə nəzərdən keçirdikdən sonra onu təsdiqləyiblər", - nəşr əlavə edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə mətbuatda yayılan xəbərləri şərh etmək istəməyib.
"Bilirsiniz, biz bu cür xəbərləri heç bir şəkildə şərh etmirik", - Kreml nümayəndəsi brifinq zamanı jurnalistlərə deyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 590 Tarix: 16 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aleksandar Vuçiç Ukraynada səfərdədir
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək
18 sentyabrToqo bayrağı altında üzən tanker Hörmüz boğazında yanğına səbəb olub
Toqo bayrağı altında üzən Trend tankeri Hörmüz boğazından icazəsiz keçməyə cəhd edib, daha sonra yanğın səbəbindən zədələnib və dayanıb. xəbər verir ki, agentliyin Telegram kanalında deyilir: "Dünən gecə Toqo bayrağı altında üzən Trend tankeri qanunsuz olaraq Hörmüz boğazından keçməyə cəhd edi
18 sentyabrBələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrGürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb
Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük
19 sentyabrPaşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17 sentyabr