Avstriyada türk ailənin qapısına donuz başı qoyublar
Avstriyada irqçilik və islamofobiya zəminində baş verən hadisə narahatlıq doğurub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Avstriyanın Tirol əyalətinə bağlı Hall in Tirol qəsəbəsində yaşayan türk ailə martın 12-də səhər saatlarında irqçi və müsəlmanlara qarşı yönəlmiş hücumun hədəfi olub. Kimliyi hələ müəyyən edilməyən şəxs ailənin evinin qarşısına donuz başı qoyub, eyni zamanda qapının kənarında Ramazan ayı və ailə haqqında təhqiramiz ifadələrin yer aldığı yazı buraxıb.
Hadisədən sonra ailə hüquq-mühafizə orqanlarına müraciət edərək hücumu törədən şəxsin tapılmasını tələb edib.
Zərərçəkən ailənin üzvü A.S bildirib ki, həyat yoldaşı sahurdan sonra işə getmək üçün qapını açarkən donuz başını görüb və qorxu içində qışqırıb. Onun sözlərinə görə, baş verən hadisə ailə üzvlərində, xüsusilə uşaqlarda ciddi narahatlıq yaradıb: "Artıq uşaqlar da qorxmağa başlayıb. Qapının lampası yanan kimi ora baxırlar və çox narahat olurlar."
A.S əlavə edib ki, artıq işə gedərkən uşaqları evdə tək qoymaqdan çəkinir: "Can təhlükəmizdən şübhə etməyə başlamışıq."
O, həmçinin polisin məsələyə yetərincə diqqət ayırmadığını düşündüklərini qeyd edib. Ailə təhlükəsizlik məqsədilə müşahidə kamerası quraşdırmaq istəsə də, polis bunun qanunla qadağan olunduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 531 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrTürk bayrağına tüpürən ingilis turist həbs edildi
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba
9 sentyabr