Qadınlar məsciddə hicablarını açıb etiraz aksiyası keçiriblər - VİDEO
İstanbulda Qədir gecəsi münasibətilə keçirilən ibadətlər zamanı diqqətçəkən etiraz aksiyası baş tutub.
Sonxeber.az türk mediasına istnadən xəbər verir ki, hadisə Fatih məscidində qeydə alınıb. Bir qrup qadın məscidin daxilində hicab və yaylıqlarını yerə qoyaraq etiraz aksiyası keçirib. Bildirilib ki, aksiya Məscidül-Əqsanın 17 gündür bağlı saxlanmasına diqqət çəkmək məqsədi daşıyıb.
Etiraz zamanı qadınlar kişilərə müraciət edərək "Məscidül-Əqsa müsəlmanların namusudur, sahib çıxın" çağırışını səsləndiriblər.
Məlumata görə, İsrail tərəfi "regional təhlükəsizlik" səbəblərini əsas gətirərək müqəddəs məkanın qapılarını bağlayıb və müsəlmanların Ramazan ayı ərzində ibadət etməsinə məhdudiyyətlər tətbiq edib. Bildirilir ki, bu səbəbdən təravih və cümə namazlarının qılınmasına icazə verilməyib.
1967-ci ildə Qüdsün işğalından sonra ilk dəfə olaraq Ramazan ayında Məscidül-Əqsada təravih namazı və itikaf ibadətinin məhdudlaşdırılması dini və tarixi statusun dəyişdirilməsi cəhdi kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Ömər Çelik də açıqlama verərək İsrailin bu addımını kəskin şəkildə pisləyib. O bildirib ki, Məscidül-Əqsaya qarşı bu cür yanaşma ümumbəşəri dəyərlərə ziddir və müsəlmanların ibadət hüququnun məhdudlaşdırılması qəbuledilməzdir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 783 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrTürk bayrağına tüpürən ingilis turist həbs edildi
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba
9 sentyabr