Dilənçilik bəhanəsi ilə yaxınlaşdığı qadının çantasını kəsib pulunu oğurladı - VİDEO
Türkiyənin Kırıkkale şəhərində cibgirlik hadisəsi baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Kırıkkalenin Güzeltepe məhəlləsində baş verən hadisədə bir şəxs dilənçilik bəhanəsi ilə qadına yaxınlaşaraq onun çantasını kəsib və içərisindəki pulqabını oğurlayıb.
Məlumata görə, küçədə qadından kömək istəyən şübhəli bir müddət onun yanında dayanaraq diqqəti yayındırıb. Daha sonra çantanın qulpunu kəsərək pulqabını götürüb və hadisə yerindən sürətlə uzaqlaşıb. Hadisə anı ərazidəki müşahidə kameraları tərəfindən qeydə alınıb.
Faktla bağlı Kırıkkale İl Emniyet Müdürlüğünün Asayiş Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. KGYS kameralarının görüntüləri araşdırılaraq şübhəlinin kimliyi müəyyən edilib.
Aparılan araşdırmalar nəticəsində şübhəlinin G.Ş. olduğu müəyyənləşdirilib və həmin şəxs elə həmin gün polis tərəfindən saxlanılıb. Daha sonra o, istintaq hərəkətlərinin tamamlanmasının ardından məhkəməyə çıxarılıb.
Məhkəmənin qərarı ilə G.Ş. barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 752 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrTürk bayrağına tüpürən ingilis turist həbs edildi
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba
9 sentyabr