Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gələcək
Türkmən xalqının milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov mayda Bakıda keçiriləcək Dünya Şəhərlər Forumunun 13-cü sessiyasında (World Urban Forum - WUF13) iştirak edəcək.
Sonxeber.az xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov "Report"a bildirib.
"Forumun işində türkmən xalqının milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirak etməsi gözlənilir. Onun səfəri Türkmənistanda şəhərlərin dayanıqlı inkişafı məsələləri üzrə beynəlxalq dialoqda fəal iştiraka sadiqliyini vurğulayacaq", - o deyib.
Səfir qeyd edib ki, WUF13 dayanıqlı şəhər inkişafının qlobal gündəminin irəliləməsində və müasir urbanistika sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm mərhələ olacaq:
"Türkmənistanda mənzil tikintisi və modernizasiyası, həmçinin əhalinin rahat yaşayış şəraitinin yaradılması məsələlərinə prioritet diqqət yetirilir. Dövlət şəhərsalma siyasətinin əsas istiqaməti əlverişli, müasir və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasıdır. Bu kursun parlaq təsdiqi ölkənin paytaxtı Aşqabad, həmçinin dinamik inkişafı və şəhər infrastrukturunun planlaşdırılmasına kompleks yanaşmanı nümayiş etdirən Arkadaq şəhəridir".
Qeyd edək ki, WUF13 2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video