"Azərbaycan gəncliyi hər zaman milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilmişdir" - DEPUTAT
"Zamanın hərəkətverici qüvvəsi olan gəncliyə - sağlam düşüncəli, sağlam təfəkkürlü gənclərə - cəmiyyətin hər zaman böyük ehtiyacı var. Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafında və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində milli gəncliyimizin rolu çox mühüm və əvəzolunmazdır. Azərbaycan gəncliyi hər zaman milli-mənəvi dəyərlərə sadiqliyi və yüksək vətənpərvərlik ruhu ilə seçilmişdir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycan gəncliyi milli mənlik şüuruna sahib olması və vətənpərvərlik hisslərinin ən yüksək səviyyədə olması ilə hər zaman seçilib:
"Hətta öz torpaqlarını düşmənin işğalından azad edən, ərazi bütövlüyümüzün təmin edilməsi naminə canını belə əsirgəməyən, vətən üçün özünü fəda edən Azərbaycan gəncliyi başqalarına nümunə olaraq qəbul edilir. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin necə vətənpərvər və torpağına bağlı olduğunu bir daha dünyaya əyani şəkildə göstərdi: "Heç vaxt Qarabağı görməyən, onu yalnız televiziyadan və kitablardan görən, oxuyan gənclərimiz Ali Baş Komandanın əmri ilə şücaət göstərdilər. Onlar canları və qanları ilə bu torpağın hər qarışının müqəddəs olduğunu, həyatları bahasına başa gəlsə də torpaqdan vaz keçməyəcəklərini göstərdilər. Həqiqətən də biz hər birimiz bununla qürur duyduq ki, belə gənclərimiz var. Təbii ki, bunların hər biri ilə işin görülməsi uzun müddət tələb edib".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video