Fuat Oktay: "İrandan Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır"

Fuat Oktay: "İrandan Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır""İrandan Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır".

Oxu.Az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay deyib.

O bildirib ki, bu hücumların İrana heç bir faydası yoxdur:

"Azərbaycanla tez-tez bu mövzuda müzakirələr aparırıq. Həm Azərbaycana, həm də Türkiyəyə İran tərəfindən raketlərin atılması əsla baş verməməli idi. Çünki Azərbaycan və Türkiyə bu müharibənin mənasız olduğunu ən güclü şəkildə ifadə edən ölkələr sırasındadır.

Burada təxribat ehtimalları da ciddi şəkildə müzakirə olunur. Çünki İranın bu iki ölkəyə hücum etməsinin ona heç bir faydası yoxdur. Məsud Pezeşkian da açıqlamasında bildirib ki, bu hücumlar İran tərəfindən həyata keçirilməyib".

Fuat Oktay Azərbaycan və Türkiyəyə atılan raketlərin kimin göstərişi ilə həyata keçirildiyinin araşdırılmasının vacib olduğunu vurğulayıb:

"Bəli, raketin İran ərazisindən atıldığı məlumdur və düyməyə basan şəxsin iranlı olması mümkündür. Lakin əsas məsələ odur ki, həmin düyməyə kimin göstərişi ilə basıldığı araşdırılmalıdır", - deyə o qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 807   Tarix: 27 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aleksandar Vuçiç Ukraynada səfərdədir

Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək

18 sentyabr
.

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının milli arzu olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, İ.Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi tədbirində çıxışı zamanı deyib ki, hökumət ərazi bütövlüyünün bərpasın

19 sentyabr
.

Tramp Rusiya neftinə 100% tarif tətbiq edən qanunu imzaladı

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirən və ona Rusiya enerjisini almağa davam edən ölkələrə tarif tətbiq etmək üçün əlavə səlahiyyət verən qanun imzalayıb. xəbər verir ki, xüsusilə, sənəd Rusiya neft və qazının əsas alıcıları olan ölkələrdən gələn mallara 100%-ə qədər gömrü

19 sentyabr
.

El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq

Qışa hələ xeyli vaxt qalmasına baxmayaraq, 2026/2027-ci illərin qış mövsümü ilə bağlı ilk uzunmüddətli proqnozlar açıqlanıb. Mövcud hesablamalara görə, Avropanın bir çox bölgəsində qarın əvvəlki illərlə müqayisədə daha az yağacağı ehtimal olunur. Lakin bu, qar yağmasının tamamilə olmayacağı demək deyil

17 sentyabr
.

Macarıstanın 63 milyard avroluq müqaviləsi ləğv olunur - Madyar Orbandan qisas alır?

Macarıstanın yeni hökuməti ölkənin əvvəlki rəhbərliyi dövründə bağlanmış və Avropada ən böyük hesab edilən 63 milyard avroluq kommersiya müqaviləsini ləğv etməyi planlaşdırır. xəbər verir ki, bu barədə baş nazir Peter Madyar məlumat verib. Söhbət 2022-ci ildə 35 il müddətinə imzalanmış və dəyəri 23 trilyo

19 sentyabr
.

Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi

Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla

19 sentyabr
.

Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub

Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub. Rusiy

17 sentyabr
.

Toqo bayrağı altında üzən tanker Hörmüz boğazında yanğına səbəb olub

Toqo bayrağı altında üzən Trend tankeri Hörmüz boğazından icazəsiz keçməyə cəhd edib, daha sonra yanğın səbəbindən zədələnib və dayanıb. xəbər verir ki, agentliyin Telegram kanalında deyilir: "Dünən gecə Toqo bayrağı altında üzən Trend tankeri qanunsuz olaraq Hörmüz boğazından keçməyə cəhd edi

18 sentyabr
.

Bu ölkə kitab oxuyanlara pul verəcək

Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali

17 sentyabr