Zelenski: Rusiya yavaşlamır və müharibəni davam etdirməyi hədəfləyir
Rusiya Ukraynaya qarşı müharibənin tempini azaltmır, eyni zamanda, qlobal sabitliyin pozulmasına gətirib çıxaran digər bir münaqişənin uzadılmasına da açıq şəkildə yatırım edir.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.
"Yalnız bu həftə ərzində Rusiya Silahlı Qüvvələri şəhərlərimizə və icmalarımıza qarşı 3000-dən çox zərbə dronu tətbiq edib və onların əhəmiyyətli hissəsi "Şahed"lərdir, həmçinin 1450-dən çox idarəolunan aviabomba və müxtəlif tipli daha 40 raketdən istifadə olunub. Rusiyalılar dövlətimizə və insanlarımıza qarşı müharibənin tempini aşağı salmır, eyni zamanda, qlobal sabitliyin pozulmasına gətirib çıxaran digər bir müharibənin uzadılmasına da açıq şəkildə yatırım edirlər", - paylaşımda bildirilib.
Zelenskinin sözlərinə görə, Ukrayna ərazisinə zərbələr faktiki olaraq Yaxın Şərq və Fars körfəzi ölkələrinə endirilən eyni zərbə dronları ilə həyata keçirilir.
O, hərbi münaqişələrin dünya bazarlarının sabitliyinin pozulmasına və dəniz yollarının bloklanmasına gətirib çıxardığını qeyd edərək təhlükəsizliyin möhkəmləndirilməsi üçün region ölkələrini silah istehsalı sahəsində əməkdaşlığa çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 432 Tarix: 29 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Millət vəkilinin evindən QIZIL ALT PALTARI TAPILDI - FOTO
İraqda keçirilən antikorrupsiya əməliyyatı zamanı millət vəkili Hind əl-Abbasinin evindən 57 milyon dollar nağd pul, 27 kiloqram qızıl və qızıldan hazırlanmış alt paltarları tapılıb. -a istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, istintaq çərçivəsində parlament üzvlər
5 iyulABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb olub
ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb. Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər. "Ölənlər, əsasən, 30-80 yaş aras
5 iyulÇində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib
Çinin şimalında yağan güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində azı iki nəfər həyatını itirib. "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə Daxili Monqolustan Muxtar Rayonunun Tunlyao şəhərinin inzibati tabeliyində olan kənd ərazilərində baş verib. Məlumat
5 iyulBritaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir. "The Telegraph"a istinadən xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması v
5 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulKXDR-də yeni esminesin silah sınaqları keçirilib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt
5 iyulTürkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Kanada ikitərəfli münasibətləri, eləcə də regional və qloba
5 iyul