"Universitetlərin regionlara köçürülməsi paytaxta yönəlmiş miqrasiyanın qarşısını ala bilər" - AÇIQLAMA

"Universitetlərin regionlara köçürülməsi paytaxta yönəlmiş miqrasiyanın qarşısını ala bilər" - AÇIQLAMABakıdakı ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi və bölgələrdə yeni universitetlərin yaradılması məsələsi artıq rəsmi sənədlərdə öz əksini tapıb.

Sonxeber.az xəbər verir ki, layihə hazırda müzakirə mərhələsindədir və müəyyən edilmiş illər üzrə konkret tədbirlər həyata keçiriləcək.

Bəs görəsən rayonların bölgələrə köçürülməsinin müsbət tərəfləri nələrdir?

Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Universitetlərin regionlara köçürülməsi bir sıra mühüm müsbət nəticələr vəd edir. Bu gün Bakıda ciddi sıxlıq müşahidə olunur: həm yaşamaq, həm də təhsil almaq üçün paytaxta axın davam edir. Cəmiyyətdə formalaşmış "yaxşı təhsil yalnız Bakıda mümkündür" düşüncəsi isə reallığı tam əks etdirmir. Əslində universitetin keyfiyyəti onun coğrafi yerləşməsindən deyil, təqdim etdiyi təhsil səviyyəsindən asılıdır.

Ali təhsil müəssisələrinin regionlara köçürülməsi paytaxta yönəlmiş miqrasiyanın qarşısını qismən ala, eyni zamanda bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirə bilər. Rayonlarda universitetlərin fəaliyyət göstərməsi yalnız təhsil sahəsinə deyil, ümumi həyat keyfiyyətinə də təsir edəcək. Bu, gənclər üçün yeni imkanların yaranması deməkdir: yaradıcılıq mərkəzləri, istirahət məkanları, sosial infrastruktur inkişaf edəcək, yaşayış binaları artacaq, yeni ticarət obyektləri və xidmət sahələri formalaşacaq.

Bununla yanaşı, regionlarda universitetlərin açılması yeni iş yerlərinin yaranmasına səbəb olacaq, yerli iqtisadiyyatı canlandıracaq və əhalinin paytaxta köçmək ehtiyacını azaldacaq. Nəticədə bölgələr daha balanslı şəkildə inkişaf edəcək.

Bu prosesin mənfi tərəflərinin ciddi şəkildə hiss olunacağını düşünmək çətindir. Çünki hər bir universitet, yerləşdiyi məkandan asılı olmayaraq, təhsilin əsas prinsiplərini qorumağa və keyfiyyətə nəzarəti təmin etməyə borcludur. Zaman keçdikcə gənclər arasında da yeni düşüncə formalaşacaq: keyfiyyətli təhsil üçün yalnız paytaxtı deyil, regionları da seçmək mümkündür.

Ümumilikdə, universitetlərin regionlara köçürülməsi gələcəyə hesablanmış, strateji baxımdan düzgün addım kimi qiymətləndirilə bilər. Hətta demək olar ki, bu təşəbbüs əhalinin kütləvi şəkildə Bakıya üz tutmasından daha əvvəl həyata keçirilməli idi"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 767   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Qarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası

2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind

19 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi

18 sentyabr Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə "Səmanın ritmi" musiqi müsabiqəsi keçirilib. Layihənin əsas məqsədi Azərbaycan Hava Yollarının uçuşdaxili musiqilərinin yenilənməsi və aviaşirkətin brend kimliyin

18 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı - 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. Kampaniya çərçivəsində 13 həftə ərzində hər həftə bir avtomobil oynanılıb və nəticədə 13 iştirakçı "Changan Q05" avtomobilini

18 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr