Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti

Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizim nəsil aktyorlar gedir. Gözləyirəm, hələ gəlib mənim vaxtım çatmır. Rasim yaxşı insan idi. Elə istedadlar var ki, həyatda özünü çox pis insan kimi göstərir. Əlbəttə ki, onlar da öləndən sonra tərifləyəcəklər, bu məlumdur. Amma Rasim necə gözəl aktyor idisə, elə də insan idi. Onunla institutda da çalışmışam. Heyif ondan. Çox əziyyət çəkdi".

Qaynarinfo xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Elmira Şabanova deyib:

"İstedadlı yaşlı insanlar həyatdan köçür. Gənc sənətkarlar yaşayıb yaratsınlar. Bizim bəxtimiz gətirib ki, istedadlı müəllimlərlə işləmişik. Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov...

Mehdi Məmmədov Rasimgilin kursunun rəhbəri idi. Mən də yeni dərs deməyə gəlmişdim. Əliabbas Qədirov, Mikayıl Mirzə, Rasim Balayev kimi sənətkarlara dərs deyirdim. Mən Rasimdən təxminən 8 yaş böyüyəm. Biz yaxşı dövrdə yaşamışıq. Rasim Balayev "kinoittifaq"da çalışdığı dövrlərdə xarici ölkələrə gedirdik, səfərlərimiz çox olurdu. İndi "kinoittifaq" yoxdur ki...

Rasim bu işə çox can yandırırdı. Mən də orada üzv idim. Söhbət 80-ci illərdən gedir. Bir müddət sonra məlum məsələlərə görə oradan çıxdım. Rasim yaradan aktyor idi".

Elmira Şabanova bildirib ki, hər sənətkarın öz yolu, izi var:

"Bizim sənətdə hamı "yek", ulduz olmaq istəyir. Ələlxüsus da aktrisalar. Azərbaycanda yalnız bunlar səs salmalı idilər. Qalan hər kəsə badalaq verirdilər. Yuxarılarda heç vaxt adamım olmayıb. Nə qazanmışamsa öz gücümə qazanmışam. Bu gün efirlərə çıxmıram. Sağ olsunlar, dəvət edirlər. Mən əgər "yox" dedimsə demək ki, vəssalam. Mənə elə gəlir ki, telekanallar məndən inciyiblər. Çünki nə filmlərimi, nə televiziya tamaşalarımı göstərirlər. Göstərin də, özümlə qəbirə aparmayacağam".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1436   Tarix: 01 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17 avqust
.

"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""

Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə

5 iyun