Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 651 Tarix: 01 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abşeron çimərliklərində dəniz suyu 24 dərəcəyədək isinəcək
Milli Hidrometeorologiya Xidməti Abşeron çimərliklərində iyunun 21-nə gözlənilən hava şəraitini açıqlayıb. Məlumata görə, gün ərzində şimal-qərb küləyi əsəcək, bəzi ərazilərdə küləyin arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran
20 iyunFransada təyyarə qəzaya uğradı: Ölənlər var
Fransanın qərbində yerləşən La-Bol bölgəsində turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatdıqda hava gəmisi alovlar içində olub. Yanğının qarşısının alınması prosesin
20 iyunAzərbaycanda kolbasa istehsalı 12 %- dən çox artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 13 min 459,9 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 12,2 % çoxdur. Bu ilin iyun ayının 1-nə ölkədə 26,6 ton hazır məhsul ehtiyatı yaranıb ki
20 iyunAbşeronda faciə: Azyaşlını motosiklet vurub öldürdü
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə iyunun 19-da axşam saat 18 radələrində rayonun Masazır kəndi ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi "Minsk D D4" motosikleti ilə Masazır kəndi, "Qurtuluş-93"
20 iyunYumurta bu səbəbdən kəskin ucuzlaşıb - AÇIQLAMA
"Ölkədə yumurta bolluğu var. Bolluq olduğuna görə tələbi təklif üstələyir. Bütün fabriklər öz istehsal etdiyi yumurtanı satmaq istəyir. Buna görə də qiymət aşağı düşüb". Bunu Ölkə.az-a açqılamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctima
20 iyunMüəllimlər üçün vahid forma, yoxsa dres-kod?
Milli Məclisin Elm və təhsil komitəsinin dünən baş tutan iclasında komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib. Komitə sədrinin sözlərinə görə, sənəddə dövlət təhsi
21 iyunHava KƏSKİN DƏYİŞƏCƏK: Temperatur enəcək - BU TARİXƏDƏK
Azərbaycanda yaxın günlərdə qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 20-si günün ikinci yarısından etibarən dağlıq və dağətəyi rayonlarda, iyunun 21-dən 25-dək isə ölkənin bəzi ərazilərində arabir yağış yağacağı gözlənilir. Sinoptiklər xəbərdarlı
20 iyunAzərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 119,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,8 % çoxdur. 5 ayda ölkədə özəl sektorda ictimai iaşə dövriyyəsini
20 iyun