İstanbulda Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert keçirilib
1 aprel tarixində İstanbulun aparıcı sənət məkanlarından biri olan Atatürk Kültür Mərkəzində (AKM) Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş möhtəşəm konsert keçirilib.
Konsert bəstəkarın müəllifi olduğu "Simfonik qravürlər" layihəsi çərçivəsində baş tutub. Layihə müxtəlif illərdə ərsəyə gəlmiş əsərlərin vahid bədii konsepsiya əsasında təqdim olunduğu xüsusi musiqi silsiləsidir. Qravürlər kimi, hər bir əsər ayrıca bir obraz və emosiyanı ifadə edir, birlikdə isə bütöv və zəngin musiqi mənzərəsi yaradır.
Layihənin əsas xüsusiyyətlərindən biri proqramın hər təqdimatda yenilənməsidir. İstanbul konsertində bu silsilə çərçivəsində 14 əsər səsləndirilib və proqram bəstəkarın yaradıcılığının müxtəlif mərhələlərini əhatə edib.
"Simfonik qravürlər" layihəsi daha əvvəl Bakı, Budapeşt və Roma şəhərlərində uğurla təqdim olunub və beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanıb.
Konsertdə simfonik əsərləri İstanbul Dövlət Opera və Balet Orkestri səsləndirib. Orkestri Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov idarə edib.
Gecədə dünya şöhrətli tenor Yusif Eyvazov, soprano Hale Soner, eləcə də Türkiyənin ən məşhur və sevilən sənətçilərindən biri Levent Yüksel çıxış ediblər.
Konsertin ən yaddaqalan məqamlarından biri bəstəkarın dünya miqyasında tanınan əsəri "Bayatılar"ın səsləndirilməsi olub. Türkiyədə "Zalim" adı ilə məşhurlaşan bu əsər Levent Yükselin ifasında səslənərək gecənin kulminasiyasına çevrilib və tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanaraq uzun sürən alqışlara səbəb olub. Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraq tədbirə qatılan tamaşaçılara səmimi təşəkkürünü bildirib.
Eldar Mansurovun musiqisi, milli intonasiyalarla simfonik musiqinin vəhdəti, İstanbul tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Konsert boyu zalda yüksək emosional ab-hava hökm sürüb, proqramın sonunda isə tamaşaçılar ifaçıları uzun sürən alqışlarla yenidən səhnəyə
dəvət ediblər.
İstanbulda keçirilən bu konsert Eldar Mansurovun yaradıcılığına beynəlxalq marağın növbəti təsdiqi olmaqla yanaşı, Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən əlamətdar hadisə kimi yadda qalıb.









Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər