Həmin 6 uşaq yenidən xəstəxanalıq oldu

Həmin 6 uşaq yenidən xəstəxanalıq olduSumqayıtda Xəzri bağları adlanan yaşayış massivində dəm qazından zəhərlənən 6 uşaq yenidən xəstəxanaya yerləşdirilib.

Sonxeber.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya uşaqların atası Kamil Cəbrayılov məlumat verib.

9 uşaq atası olan 39 yaşlı Kamil bildirib ki, bu xəbəri eşidib işdən evə gələndə özü də qəzaya düşüb: "Aprelin 1-də hadisə olub. Qonşu zəng edib bu xəbəri yanlış formada vermişdi. Mənə demişdi ki, 6 uşaq ölüb. Mən də qışqıra-qışqıra, həyəcanla evə gələndə qəzaya düşdüm. Qəza nəticəsində motosikletin təkərləri yararsız hala düşdü. Evdə də tək işləyən mənəm. Uşaqlarımdan böyüyünün 16 yaşı var, ən kiçiyi isə 6 aylıqdır. Bu gün uşaqlarımı yenidən xəstəxanaya gətirdik. Çünki evdə vəziyyətləri yaxşı deyildi. Heç nə yeyə bilmirlər".

Ata qeyd edib ki, hər bir uşağa görə 140 manat məbləğində uşaqpulu alırlar. Yəni ümumilikdə ailə əsasən bu ödənişdən faydalanır. Aldıqları pulla evlərinin aylıq kredit ödənişini edirlər. Lakin bundan başqa heç bir sosial yardım verilmir. Bunun səbəbi isə ailənin adına pay torpaqlarının olmasıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 229   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı bəylə ərəb qızın TOYU - VİDEO

"İki mədəniyyət, bir sevgi" - fərqli ölkələrdən olan cütlüyün toyu sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, azərbaycanlı bəyin ərəb əsilli xanımla ailə qurması qısa zamanda diqqət mərkəzinə düşüb. Toy mərasimindən yayılan görüntülər istifadəçilər tərəfindən geniş paylaşılıb v

2 aprel
.

Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür

Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədə

2 aprel
.

Sosial mediada həddini aşanlar hansı maddə ilə cəzalandırılır? - AÇIQLAMA

Sosial şəbəkələrdə paylaşılan bəzi məzmunlar artıq ifadə azadlığının sərhədlərini aşaraq hüquqi məsuliyyət doğuran hallara çevrilir. Təhqir, böhtan, şəxsi həyatın pozulması kimi hallar istifadəçiləri qanun qarşısında cavab vermək məcburiyyətində qoya bilər. Bəs görəsən bu kimi davranışların hansı hüquq

3 aprel
.

"TikTok"da bilet tələsi: konsert istəyən vətəndaşı belə aldatdılar - ŞİKAYƏT

Sosial şəbəkələrdə konsert bileti almaq istəyən vətəndaş dələduzluğun qurbanı olub. Bu barədə -a şikayət daxil olub. Belə ki, zərərçəkənin sözlərinə görə, o, Gökhan Türkmen konsertinə bilet axtararkən "TikTok" platformasında bir istifadəçi ilə əlaqə saxlayıb. Həmin şəxs işi çıxdığı üçün konsert

1 aprel
.

Özünə inamsızlıq haradan yaranır və bu vəziyyətdən çıxmaq mümkündürmü? - AÇIQLAMA

Müasir dövrdə bir çox insanın daxili mübarizəsi gözlə görünməsə də, gündəlik həyatına ciddi təsir edir. Xüsusilə özünə inamsızlıq hissi insanın qərar verməsinə, münasibətlərinə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir. Bəs özünə inamsızlıq haradan yaranır və bu vəziyyətdən çıxmaq mümkündürmü?

2 aprel
.

Hava ilə bağlı növbəti - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-də gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Gözlənilə

3 aprel
.

Bakı-Quba yolunda "Bentley" aşdı, 1 nəfər xəsarət aldı (VİDEO)

Bakı-Quba yolunda qəza baş verib. Qaynarinfo DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, aprelin 1-də saat 06:00 radələrində "Bentley" markalı avtomobil Bakı-Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlər

2 aprel
.

Bakıda faciəvi şəkildə ölən ər-arvadın - Fotosu

Xəbər verdiyimiz kimi, Bakıda ər və arvad dəm qazından zəhərlənərək ölüb. "Qafqazinfo"nun xəbərinə görə, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və həyat yoldaşı, 1976-cı il təvəllüdlü Ülviyyə Nərimanova kirayə yaşadıqları fərdi evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər. Onların fotosun

2 aprel
.

Bakıya gətirilərkən yolda öldü - Foto

Ötən gün Beyləqanda baş verən ağır qəzada yaralanan sürücü həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, rayonun Yeni Xocavənd qəsəbəsində baş verən qəzada yaralanan Sabunçu rayon sakini Quliyev Xəqani Xalqəddin oğlu Bakıdakı xəstəxanaya gətirilərkən yolda ölüb. "Hyundai" markal

3 aprel