Sağlamlığımıza niyə laqeyd yanaşırıq? - AÇIQLAMA
Gündəlik həyatın sürəti, stress və müxtəlif psixoloji faktorlar bəzən insanları ən dəyərli şey - sağlamlıq qarşısında belə laqeyd edir.
Çoxları riskləri bilsə də, yenə də özünə zərər verən davranışlardan imtina etmir.
Bəs görəsən nədir bunun səbəbi?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"İnsanların sağlamlıqlarını heçə saymasının arxasında bir neçə psixoloji səbəb dayanır. İlk növbədə, "mənə heç nə olmaz" düşüncəsi yəni riskləri kiçiltmə meyli geniş yayılıb. Bu, xüsusilə gənc yaşlarda daha güclü olur və insan özünü təhlükələrdən sanki "sığortalanmış" kimi hiss edir.
Digər tərəfdən, ani zövqlərin uzunmüddətli nəticələrdən üstün tutulması mühüm rol oynayır. Məsələn, zərərli qidalanma, siqaret və ya yuxusuzluq kimi vərdişlər qısa müddətdə rahatlıq və ya həzz versə də, onların gələcək təsirləri şüuraltı səviyyədə arxa plana atılır.
Psixoloji gərginlik və stress də burada əsas faktorlardandır. İnsan emosional yüklənmə yaşadıqda, özünə qayğı göstərmək əvəzinə, bəzən özünü "cəzalandıran" davranışlara yönələ bilir. Bu, daxili narazılıq, tükənmişlik və ya həyat üzərində nəzarəti itirmə hissi ilə əlaqəli olur.
Bəzi hallarda isə bu davranışlar aşağı özünə dəyər hissindən qaynaqlanır. İnsan özünü kifayət qədər dəyərli hesab etmədikdə, sağlamlığını qorumağa da motivasiya tapmaya bilər.
Sağlamlığa laqeydlik sadəcə məlumat çatışmazlığı deyil, daha çox psixoloji mexanizmlərin təsiri ilə formalaşan kompleks bir davranışdır. Bu səbəbləri anlamaq isə dəyişimin ilk addımı hesab olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 704 Tarix: 03 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrDövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrAzərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabrAzərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19 sentyabr