"Bu gün regionda formalaşan yeni təhlükəsizlik mühiti də məhz həmin dövrdə yaranmış reallıqların davamıdır" - DEPUTAT
"2016-cı ilin aprelində baş verən və tarixə Aprel döyüşləri kimi düşən hadisələr dövlətimizin siyasi iradəsini, Azərbaycan ordusunun gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri ilk növbədə Ermənistanın "məğlubedilməz ordu" mifini darmadağın etdi. Azərbaycan Ordusu həm strateji yüksəklikləri azad etməklə cəbhə xəttində üstün mövqe qazandı, həm də real döyüş şəraitində öz peşəkarlığını və texnoloji üstünlüyünü sübut etdi. Bu, artıq münaqişənin yalnız danışıqlar yolu ilə deyil, hərbi-siyasi reallıqlar fonunda həll olunacağını göstərən ciddi mesaj idi".
Bu sözləri Sonxeber.az Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Aprel döyüşləri beynəlxalq müstəvidə də yeni yanaşmanın formalaşmasına səbəb oldu:
"Artıq dünya gücləri və vasitəçilər anladılar ki, status-kvonun saxlanılması mümkün deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün həm siyasi, həm də hərbi imkanlara malikdir. Aprel döyüşlərində formalaşan üstünlük sonrakı proseslərin, xüsusilə 2020-ci ildə əldə olunan tarixi Zəfərin əsasını qoydu. Bu döyüşlər ordunun döyüş ruhunu yüksəltdi, cəmiyyətin inamını gücləndirdi və dövlətin strateji xəttinin düzgünlüyünü bir daha təsdiqlədi.
Bu gün regionda formalaşan yeni təhlükəsizlik mühiti də məhz həmin dövrdə yaranmış reallıqların davamıdır. Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlıq gündəliyini müəyyən edən əsas aktordur. Sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edən ölkəmiz güc amilini diplomatik müstəvidə effektiv şəkildə tamamlayır.
Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və milli maraqlara əsaslanan strateji xətti sayəsində Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə tarixi ədaləti bərpa edərək yeni reallıqlar formalaşdırdı.
Aprel döyüşləri bir daha göstərdi ki, qətiyyətli siyasi iradə, güclü ordu və Prezident-xalq birliyi olduğu halda bütün məqsədlər əlçatandır. Bu reallıq bu gün də regional təhlükəsizlik arxitekturasının əsasını təşkil edir və Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Dünən Lələtəpə, Cocuqmərcanlıda dalğalanan əzəmətli Azərbaycan bayrağı, bu gün Şuşanın, Xankəndinin, Kəlbəcərin, Xocalının ən yüksək zirvələrində dalğalanır.
Ölkə başçımız Cənab İlham Əliyevin zərgər dəqiqliyi ilə hesablanmış siyasəti,
Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına qazanılan möhtəşəm Zəfər xalqımız tərəfindən daim uca tutulacaq, gələcək nəsillər üçün qürur və şərəf mənbəyi kimi əbədi yaşayacaqdır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər