Almaniyada kişilər Bundesverin icazəsi olmadan xaricə gedə bilməyəcəklər
Almaniya hakimiyyəti 17-45 yaş arası kişilərin Bundesverin (Almaniya Silahlı Qüvvələri) Karyera Mərkəzinin icazəsi olmadan ölkə ərazisini üç aydan çox müddətə tərk etməsini qadağan edib.
Oxu.Az "Berliner Zeitung" nəşrinə istinadən xəbər verir ki, yeni qaydalar artıq qüvvəyə minib.
Yeni qanunvericiliyə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən sözügedən yaş qrupuna daxil olan bütün kişilər Almaniyanı üç aydan çox müddətə tərk etmək istədikdə Karyera Mərkəzinə müraciət etməlidirlər. Bu tələb xaricdə təhsil (semestr), iş ezamiyyəti və ya uzunmüddətli səyahətlər kimi bütün hallara şamil olunur.
Qeyd olunur ki, bu qayda hərbi xidmətin modernləşdirilməsi haqqında qanun çərçivəsində tətbiq edilib. Əsas məqam odur ki, bu tədbir təkcə ölkə üçün hərbi təhlükə yarandığı halda deyil, artıq daimi əsasda fəaliyyət göstərir. Bu qərar Almaniyanın hərbi resurslarının uçotunun daha dəqiq aparılması və səfərbərlik hazırlığının gücləndirilməsi məqsədi daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 413 Tarix: 05 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pentaqon 25 min ABŞ əsgərini Avropadan çıxara bilər
Pentaqon təxminən 25.00 Amerika əsgərini, eləcə də döyüş təyyarələrini, gəmilərini və silahlarını Avropadan çıxarmağı nəzərdən keçirir. xəbər verir ki, NBC News yazır ki, "Pentaqon təyyarələri, gəmiləri, silahları və on minlərlə Amerika əsgərini Avropadan çıxarmaq üçün radikal bir plan nəzərdə
18 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 103,68 dollara düşdü
Neftin qiyməti cümə səhəri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,14 dollar (1,09 faiz) az, bir barel üçün 103,68 dollara satılır. Cümə axşamı isə onlar 1,01 dollar (0,95 faiz) azalara
18 sentyabrBələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrDonald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr
19 sentyabr"Hraparak": Hindistan dronları qalib gəldi
"Bizdə olan məlumata görə, Müdafiə Nazirliyi digər ölkələrdə pilotsuz texnologiyaların inkişafını yaxından izləməyə davam edir. Onlar artıq yerli pilotsuz uçuş aparatları istehsalçıları ilə əməkdaşlıq etsələr də, Ermənistan Silahlı Qüvvələri üçün daha böyük təchizat təmin etmək qərarına gəliblər
19 sentyabrRubio Danimarka ilə Qrenlandiya üzrə razılaşmanın detallarını açıqlayıb
Danimarka Qrenlandiyanın təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmədiyi üçün ABŞ-la razılaşmağa gedib. "Report"un məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib. "Danimarka və Qrenlandiya anlayırlar ki, Qrenlandiyay
19 sentyabr