Emin İskəndərov: "Cüdoçular növbəti yarışlarda daha çox medal qazanacaqlar"
Azərbaycanın yeniyetmə cüdoçuları növbəti yarışlarda daha çox medal qazanacaqlar.
Bu barədə "Report"un Gəncəyə ezam olunan əməkdaşına yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Emin İskəndərov açıqlama verib.
Mütəxəssis sözügedən şəhərdə keçirilən Avropa Kuboku ilə bağlı fikirlərini bölüşüb:
"Cüdoçular bu yarışa yaxşı hazırlaşmışıblar. Almaniyanın paytaxtı Berlindəki turnir zamanı da yaxşı təlim-məşq toplanışı olmuşdu. Yarışlar arasında bir həftə vaxt olub. Avropa Kuboku ölkəmizdə keçirildiyi üçün mütləq güləşməlidirlər. Bir az yorğunluq var. Bu, bizim ilk seçim xarakterli yarışımızdır. Bundan sonra hələ üç belə turnir olacaq. Məncə, növbəti yarışlarda mükafatların sayı artacaq".
E.İskəndərov Avropa Kubokunda qızıl mükafat əldə edən Rza Xəlilli (55 kq) haqqında da danışıb:
"Ondan gözləntimiz böyük idi. Təlim-məşq toplanışlarında yaxşı hazırlıq keçib. Finalda qalib gəldiyi İbrahim Talıbov da ondan geri qalmırdı. Rza özünü yaxşı tərəfdən göstərə bilib".
Baş məşqçi yarışın ikinci günündə də medallar qazanacaqlarını sözlərinə əlavə edib:
"Namizəd cüdoçularımız var. Belə texniki səhvlər olmasa, idmançılarımız finala vəsiqə qazanacaqlar. Millinin heyətini bu yarışlardan formalaşdıracaq, təhlillər aparacağıq. Burada fərqlənən cüdoçuların bir qismi Berlində, digərləri Tbilisidəki Avropa Kubokunda çıxış edəcəklər".
Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunan turnurin ilk günündə Azərbaycan cüdoçuları 13 medal əldə ediblər. Avropa Kuboku bu gün başa çatacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 490 Tarix: 05 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elvin uzun müddət sonra belə görüntüləndi - Video
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki
19 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabrAzərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabr"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12 sentyabrAvropa Liqasında ilk turun oyunları başa çatdı
UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis
18 sentyabrŞahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabrŞahin Mustafayev yenidən federasiya prezidenti seçildi
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c
16 sentyabr"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında
"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy
11 sentyabr