SEPAH-ın kəşfiyyat rəisi ÖLDÜRÜLDÜ
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəisi Seyid Məcid Xadəmi bazar ertəsi günü ABŞ və İsrailin hava hücumları nəticəsində öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
"İslam inqilabını, dövlət sistemini və vətəni təxminən yarım əsr ərzində dürüst və cəsarətlə müdafiə edən bu görkəmli general kəşfiyyat və təhlükəsizlik sahələrinə çox böyük, davamlı və ibrətamiz bir töhfə vermişdi. Bu irs ölkənin kəşfiyyat icmasının uzun illər boyu, xüsusilə də xarici düşmənlərlə və onların İranda sülhü və təhlükəsizliyi pozmağa yönəlmiş məkrli planları ilə mübarizədə qürurla dayanması üçün möhkəm zəmin yaradır", - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 439 Tarix: 06 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
5 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulİranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb
İranın Ermənistandakı səfirliyi ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlayıb. "Report" xəbər verir ki, səfirliyin müraciəti "X" sosial şəbəkə hesabında paylaşılıb. "Siz Ayətullah Xameneiyə (Əli Xamenei) sui-qəsd etdiniz, insanları öldürmək olar, amma idealları yox"
5 iyulPaşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların
5 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulYəmən sahillərində gəmi hücuma məruz qalıb
Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni
5 iyulABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb olub
ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb. Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər. "Ölənlər, əsasən, 30-80 yaş aras
5 iyulABŞ-də atışma baş verib: Xəsarət alanlar var
Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind
5 iyul