"Bu cür təmaslar iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar yaradır" - DEPUTAT
"Azərbaycan və Gürcüstan arasında siyasi dialoq ən yüksək səviyyədə aparılır və qarşılıqlı etimada əsaslanır. Dövlət başçılarının və hökumət nümayəndələrinin mütəmadi səfərləri bu münasibətlərin dərinliyini və sabitliyini nümayiş etdirir. Bu cür təmaslar iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar yaradır və strateji tərəfdaşlığı daha da möhkəmləndirir".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəlityeva danışıb.
O, açıqlamasında qeyd edib ki, iqtisadi əməkdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir:
"Ticarət dövriyyəsinin artması, qarşılıqlı sərmayələrin təşviqi və iqtisadi əlaqələrin şaxələndirilməsi iki ölkənin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığını gücləndirir. Ötən il ərzində Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 881 milyon ABŞ dolları təşkil edib.
Enerji sahəsində tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qazının Gürcüstan üzərindən Avropaya nəqli Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr yalnız ikitərəfli deyil, həm də beynəlxalq əhəmiyyət kəsb edir. Bu layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir və Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunu gücləndirir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da strateji xarakter daşıyır. 5 milyon ton daşıma gücünə malik Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şərqlə Qərb arasında səmərəli bağlantı yaradaraq regionun tranzit potensialını artırır. Hazırki regional geosiyasi proseslər bu yolun Avropa-Asia istiqaməti üzrə əhəmiyyətini daha da artırıb. Yeni əməkdaşlıq sahəsi olan, Ermənistan-Azərbaycan normallaşma və etimad-quruculuğunun növbəti addımı kimi Ermənistana Azərbaycan neftinin daşınması da məhz, buradan keçir.
Bununla yanaşı, humanitar və mədəni əlaqələr xalqlar arasında dostluq və qarşılıqlı anlayışı daha da gücləndirir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir, suverenlik və ərazi bütövlüyü məsələlərində ortaq mövqe nümayiş etdirir.
Regional təhlükəsizlik məsələləri də əməkdaşlığın əsas istiqamətlərindəndir. Müdafiə və təhlükəsizlik sahəsində dialoq qarşılıqlı etimadı artırır və regionda sabitliyin qorunmasına xidmət edir. Ümumilikdə, Azərbaycan və Gürcüstan arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də daha geniş regional və qlobal kontekstdə mühüm rol oynayır. Bu tərəfdaşlıq modeli sabitlik, inkişaf və qarşılıqlı fayda prinsiplərinə əsaslanaraq region üçün uğurlu nümunə kimi çıxış edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi