"Yermek Koşerbayevi və Nurlan Sauranbayevi kimi açar fiqurların eyni vaxtda Bakıda olması təsadüfi deyil" - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqları və ölkələri daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini deyib.
Dövlət başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirib, bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğulayıb və Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxunub.
"Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan rəsmiləri ilə görüşü Bakı ilə Astana arasında münasibətlərin artıq klassik diplomatik çərçivədən çıxaraq strateji koordinasiya mərhələsinə keçdiyini göstərir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Xüsusilə Yermek Koşerbayevi və Nurlan Sauranbayevi kimi açar fiqurların eyni vaxtda Bakıda olması təsadüfi deyil; bu, siyasi dialoqla yanaşı, logistika və iqtisadi inteqrasiyanın paralel şəkildə dərinləşdirildiyini göstərir.
Bu görüşün əsas xətti Orta Dəhliz üzərindən formalaşan yeni geoiqtisadi reallıqdır. Azərbaycan və Qazaxıstan Xəzər üzərindən keçən nəqliyyat marşrutlarının inkişafında bir-birini tamamlayan oyunçulara çevrilir. Nəqliyyat nazirlərinin prosesə aktiv cəlb olunması da təsdiq edir ki, məsələ artıq yalnız niyyət yox, konkret infrastruktur və tranzit həcmlərinin artırılması mərhələsidir.
Birgə investisiya fonduna dair mesajlar isə münasibətlərin yeni iqtisadi arxitekturasını göstərir. Bu fond vasitəsilə yalnız ikitərəfli layihələr deyil, üçüncü ölkələrdə də ortaq iqtisadi ekspansiya planlaşdırılır ki, bu da Bakı-Astana tandeminə regional təsir imkanları qazandırır.
Ümumilikdə, bu görüş Azərbaycan-Qazaxıstan əlaqələrinin "qardaşlıq ritorikasından" çıxaraq real güc və maraq balansına əsaslanan praqmatik tərəfdaşlığa çevrildiyini nümayiş etdirir. Bu isə regionda yeni iqtisadi və siyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir edəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər