Zelenski: Ukrayna Pasxadan sonra da Rusiya ilə atəşkəsin uzadılmasına hazırdır

Zelenski: Ukrayna Pasxadan sonra da Rusiya ilə atəşkəsin uzadılmasına hazırdırUkrayna Pasxa atəşkəsi ilə bağlı təklifi dəstəkləyir, ona riayət etmək niyyətindədir, lakin Rusiya tərəfindən pozulmalar olacağı təqdirdə eyni şəkildə (güzgü prinsipi ilə) hərəkət edəcək.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.

"Bu gün Rusiya ordusu tərəfindən atəşkəs şərtlərinin mümkün pozulmasına reaksiyamızın parametrlərini müəyyən etdik. Ukrayna sükut rejiminə riayət edəcək və tamamilə güzgü prinsipi ilə hərəkət edəcək. Səmada, quruda və dənizdə Rusiya zərbələrinin olmaması bizim cavablarımızın da olmaması mənasına gələcək", - o qeyd edib.

V.Zelenskinin sözlərinə görə, Ukraynanın addımlarının güzgü xarakterli olacağı və atəşkəsin Pasxadan sonra da davam etdirilməsinin mümkünlüyü barədə məlumat Rusiya tərəfinə çatdırılıb.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski ilə atəşkəs şəraitində Ukrayna bölmələrinin hərəkət qaydasını müzakirə edib və ordunun cəbhədə hadisələrin istənilən inkişafına hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 9-da Rusiya tərəfinin 2026-cı il aprelin 11-i saat 16:00-dan aprelin 12-si günün sonunadək Pasxa atəşkəsi tətbiq edəcəyini elan edib.

V.Zelenski isə aprelin 10-da Pasxa ilə əlaqədar cəbhə xəttində atəşkəs elan edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 147   Tarix: 11 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yer kürəsində maqnit fırtınası gözlənilir

Günəş səthində yaranmış koronal dəliyin aprelin 10-u günorta saatlarında Yer kürəsinə təsiri gözlənilir. Bu hal geomaqnit fırtınalarının yaranmasına gətirib çıxara bilər. məlumat verir ki, müvafiq açıqlama Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası

9 aprel
.

Trampın etirazından sonra Britaniya Çaqos razılaşmasını dayandırır

ABŞ Prezidenti Donald Trampın sərt reaksiyasından sonra Böyük Britaniya rəhbərliyi 2026-cı ildə Hind okeanında yerləşən Çaqos arxipelaqının Mavriki dövlətinə təhvil verilməsini nəzərdə tutan müqaviləni parlamentin müzakirəsinə çıxarmayacaq. -ın məlumatına görə, bu barədə "Sky News" telekanal

11 aprel
.

İran İsraili atəşkəsi pozmaqda rəsmən ittiham etdi

İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan ordusunun komandanı Asim Munirlə telefon danışığında İsrailin atəşkəs rejimini pozmasını müzakirə edib. "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, tərəflər gələcə

8 aprel
.

Fici sahillərində yüksələn gizli quru parçasının sirri açıldı

Ficinin şimalında, Vanua Levu adası yaxınlığında aşkar edilən təxminən 3 min kvadratmetrlik kiçik quru parçası elmi ictimaiyyətdə böyük maraq doğurub. Qaynarinfo xəbər verir ki, ilk baxışda adi ada kimi görünən bu formasiya, aparılan detallı araşdırmalar nəticəsində qədim dövrdə yaşamış insanların ətra

6 aprel
.

Okean dibində Yer kürəsinin gizli "qızıl mətbəxi" - Sirri açıldı

Yeni araşdırma göstərir ki, okean adası qövslərinin dərinliyində qızılın toplanması tək mərhələli proses deyil, su ilə zəngin mantiyanın yüksək temperaturda təkrar-təkrar əriməsi nəticəsində baş verir. Okean dibinin altında Yer kürəsinin "qızıl mətbəxi" fəaliyyət göstərir. Qaynarinfo xəbə

8 aprel
.

Türkiyə parlamentinin keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, siyasətçi 93 yaşında müalicə aldığı xəstəxanada həyatını itirib. Xatırladaq ki, H.Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetini

11 aprel
.

Məhəmməd Rza Aref İranla ABŞ-nin anlaşması üçün Tehranın şərtlərini açıqlayıb

Əgər Vaşinqton "Öncə İsrail" prinsipini rəhbər tutarsa, İran ABŞ ilə razılığa gələ bilməyəcək. "Report" xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Əgər biz İslamabadda "Öncə Amerika"

11 aprel
.

Azərbaycanda altı nəfərin vəziyyətinin ağırlaşdığı RESTORAN BAĞLANDI

Şirvan şəhərində beş nəfərin zəhərlənməsi (bir nəfər isə mədə-bağırsaq pozğunluğu səbəbi ilə xəstəxanaya müraciət edib - red.) barədə Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə daxil olan bildiriş əsasında araşdırmalara başlanılıb. Bu barədə -ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliy

8 aprel
.

Zelenski: Ukrayna Pasxadan sonra da Rusiya ilə atəşkəsin uzadılmasına hazırdır

Ukrayna Pasxa atəşkəsi ilə bağlı təklifi dəstəkləyir, ona riayət etmək niyyətindədir, lakin Rusiya tərəfindən pozulmalar olacağı təqdirdə eyni şəkildə (güzgü prinsipi ilə) hərəkət edəcək. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb. "B

11 aprel