ABŞ qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq
ABŞ Londonun İrana qarşı əməliyyatda iştirakdan imtina etməsinə görə öz qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq.
"Report" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili "Sky News"un efirində bildirib.
Onun sözlərinə görə, Vaşinqton Londona qarşı cavab addımları atmaq, o cümlədən Amerika hərbi kontingentinin Britaniya ərazisindəki mövcudluğuna yenidən baxmaq niyyətində deyil.
Hili qeyd edib ki, bunun iki səbəbi var. Birincisi ondan ibarətdir ki, ABŞ Prezidenti Donald Tramp ardıcıl olaraq NATO müttəfiqlərindən müdafiə xərclərini artırmağı və Ukraynanı daha fəal dəstəkləməyi tələb edir. Böyük Britaniya bu tələblərə cavab verir. Nazir ikinci səbəb kimi Londonun müttəfiq qüvvələrə və ABŞ-nin ayrı-ayrı əməliyyatlarına, o cümlədən İran raketlərinin saxlanıldığı anbarlara endirilən zərbələrə verdiyi dəstəyi göstərib.
Daha əvvəl "Financial Times" mənbələrə istinadən xəbər verib ki, Tramp NATO-nun Baş katibi Mark Rütte ilə görüşdə İrana qarşı müharibəni dəstəkləməkdən imtina edən Avropa ölkələrini cəzalandırmaqla hədələyib.
Nəşrin məlumatına görə, son günlər ABŞ Prezidenti Tehrana qarşı əməliyyata qoşulmaqdan imtina etdiklərinə görə Böyük Britaniya da daxil olmaqla, bir sıra Avropa İttifaqı (Aİ) müttəfiqlərini kəskin tənqid edib. Bütün Aİ ölkələrinin ABŞ-nin tərəfində hərbi əməliyyatlarda iştirak etməkdən imtina etdiyi bildirilirdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 223 Tarix: 12 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Andes hantavirusunun yayıldığı bildirilən "MV Hondius" kruiz gəmisindən sərnişinlərin təxliyəsinə nəzarət etmək üçün İspaniyanın Tenerife adasına gəlib. "Report" xəbər verir ki, bu barədə ÜST nümayəndəsi "France-Presse"
10 mayQuterreş Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəsi alqışlayıb
BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna və Rusiya arasında planlaşdırılan genişmiqyaslı əsir mübadiləsini alqışlayıb. "Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb. "Mən atəşkəs elan edilməsini və Ukrayna ilə Rusiya arasında planlaşdırılan genişmiqyasl
10 mayEv heyvanı saxlayanlara vacib tövsiyə: Bir səhv faciə ilə nəticələnəcək
Tərkibində çoxlu sayda bakteriya olduğuna görə durğun sular itlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir və ev heyvanlarının bu sulardan istifadə etməsinə icazə verilməməlidir. xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Kinoloji Federasiyasından (RKF) məlumat verilib. "Dördayaqlı dostlarımızı
10 mayBritaniyalı alimlərdən UNİKAL KƏŞF
Britaniyalı tədqiqatçılar bütün məlum həyat formalarından fərqli genetik koddan istifadə edən mikroskopik orqanizm aşkar ediblər. xəbər verir ki, bu barədə "PLOS Genetics" jurnalında məlumat verilib. Qeyri-adi kəşf alimlər tərəfindən təsadüfən, ayrı-ayrı hüceyrələrin DNT ardıcıllığını müəyyənləşdirm
10 mayBritaniyada casusluq hökmündən sonra Çin səfiri XİN-ə çağırılıb
Böyük Britaniya hakimiyyəti, London məhkəməsinin iki nəfəri Honkonq və nəticədə Pekin üçün casusluqda təqsirli bilməsi ilə nəticələnən milli təhlükəsizlik işi ilə əlaqədar Çin səfirini çağırıb. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Çinli diplomatı
10 may