"Ailə institutu bu modelin mərkəzində dayanır" - AÇIQLAMA
"Gender məsələləri bu gün qlobal miqyasda olduğu kimi, Azərbaycanda da sosial inkişafın mühüm istiqamətlərindən biri kimi diqqət mərkəzindədir. Lakin bu mövzuda danışarkən ölkəmizin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərlərini, ailə institutuna bağlılığını və müsəlman dünyasının bir parçası olmasını nəzərə almaq vacibdir. Məhz bu balansın qorunması Azərbaycan modelinin əsas mahiyyətini təşkil edir".
Bu sözləri Sonxeber.az-a "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasında gender bərabərliyi sahəsində mühüm hüquqi baza formalaşdırılıb, dövlət proqramları qəbul olunub və institusional mexanizmlər yaradılıb:
"Bu siyasətin ideoloji əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik xəttinə dayanır və bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva timsalında qadınların dövlət idarəçiliyində fəal iştirakı həm nümunəvi model formalaşdırır, həm də cəmiyyətə mühüm mesaj verir ki, qadın amili Azərbaycanın inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan modelinin formalaşmasında qadın amili tarixən mühüm rol oynayıb. Azərbaycan qadını təkcə ailənin dayağı deyil, eyni zamanda cəmiyyətin mənəvi sütunu, milli dəyərlərin qoruyucusu və gələcək nəsillərin formalaşdırıcısıdır. Bu baxımdan gender bərabərliyi məsələsi yalnız hüquqlar müstəvisində deyil, həm də sosial məsuliyyət və milli kimlik kontekstində qiymətləndirilməlidir.
Ailə institutu isə bu modelin mərkəzində dayanır. Sağlam və möhkəm ailə cəmiyyətin təməlidir və burada qadın və kişinin bir-birini tamamlayan rolları xüsusi əhəmiyyət kəsb edir. Qərbdə müşahidə olunan bəzi radikal yanaşmalardan fərqli olaraq, Azərbaycanda gender siyasəti ailə institutunun zəiflədilməsinə deyil, onun gücləndirilməsinə xidmət etməlidir. Bu baxımdan, ailədaxili münasibətlərdə qarşılıqlı hörmətin, məsuliyyətin və sosial ədalətin təmin olunması əsas prioritet olmalıdır. Bununla belə, mövcud reallıqlar göstərir ki, gender bərabərliyinin daha effektiv təmin olunması üçün yeni yanaşmalara ehtiyac var. İlk növbədə, maarifləndirmə işləri daha sistemli şəkildə aparılmalı, xüsusilə regionlarda stereotiplərin aradan qaldırılması istiqamətində ardıcıl addımlar atılmalıdır. Gender bərabərliyi yalnız qanunlarla deyil, həm də ictimai şüurun inkişafı ilə təmin olunur.
Digər mühüm istiqamət qadınların iqtisadi fəallığının artırılmasıdır. Onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, maliyyə resurslarına çıxışının genişləndirilməsi və məşğulluq imkanlarının artırılması həm ailə rifahına, həm də ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Bu, eyni zamanda qadının cəmiyyətdə rolunun daha da güclənməsinə şərait yaradır.
Hesab edirəm ki, Azərbaycanda gender bərabərliyi məsələsinə yanaşma milli dəyərlər, ailə institutu və dövlətçilik prinsipləri ilə uzlaşdırılmış şəkildə həyata keçirilməlidir. Qadın amilinin düzgün qiymətləndirilməsi, ailə institutunun qorunması və müasir çağırışlara adekvat cavab verən siyasətin həyata keçirilməsi Azərbaycanın sosial inkişafının dayanıqlı və harmonik olmasını təmin edəcək".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
SOCAR neftçiləri təbrik edib
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər