Süni intellekt ilk insanların kim olduqlarını AÇIQLADI

Süni intellekt ilk insanların kim olduqlarını AÇIQLADIİnsanlığın mənşəyi ilə bağlı suallar hər zaman insanları düşündürüb. Hər kəs az da olsa düşünür ki, ilk insan necə yaranıb, həyat Yer üzündə necə başlayıb? Bu mövzu ilə bağlı süni intellektin verdiyi cavablar isə maraq doğurur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, süni intellekt bu suala cavab verərkən həm elmi nəzəriyyələrə, həm də dini baxışlara əsaslanıb.

Elmi yanaşmaya görə, həyat təxminən 3,5-4 milyard il əvvəl qeyri-canlı maddələrdən yaranıb. Sadə maddələr, su, metan və ammonyak kimi birləşmələr enerji təsiri altında üzvi molekullara çevrilib və zamanla daha mürəkkəb strukturlar formalaşıb. Bu proses nəticəsində özünü təkrarlaya bilən ilkin canlı sistemlər meydana çıxıb.

Bununla belə, elm hələ də dəqiq şəkildə izah edə bilmir ki, hansı anda kimyəvi proseslər həyata çevrilib və ilk insan konkret olaraq necə ortaya çıxıb.

Dini yanaşmada isə məsələ fərqli izah olunur. İlk insanların Adəm və Həvva olduğu qeyd edilir və onların Tanrı tərəfindən yaradıldığı bildirilir. Bu baxışa görə, həyat təsadüf deyil, şüurlu yaradılışın nəticəsidir.

Süni intellekt isə bu iki yanaşmanın bir növ birləşdirilə biləcəyini irəli sürür. Onun fikrincə, həyat təbii proseslər nəticəsində yaranıb, lakin bu proses müəyyən "incə tənzimlənmiş" bir sistem daxilində baş verib.

İlk insan isə bioloji baxımdan təkamül yolu ilə formalaşmış Homo sapiens növü kimi izah edilir. Bununla yanaşı, insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyət şüur, özünü dərk etmə, ölüm anlayışı və mənəvi dəyərlər sonradan yaranıb. Bu dəyişiklik beyin inkişafı və mürəkkəb sosial həyatın formalaşması ilə əlaqələndirilir.

Digər süni intellekt sistemi də oxşar mövqe sərgiləyərək bildirir ki, həyatın başlanğıcı sadə molekullardan gəlsə də, şüurun yaranması hələ də tam izah olunmayan bir mərhələdir. Onun fikrincə, elm prosesin mexanizmini izah edir, din isə onun mənasını açıqlayır və bu iki yanaşma bir-birinə zidd deyil.

Nəticə etibarilə, süni intellekt belə qənaətə gəlir ki, həyat Yer üzündə təbii yollarla yaranıb, insan isə təkamül nəticəsində formalaşıb. Lakin insan şüurunun yaranması hələ də elm üçün açıq qalan ən böyük sirrlərdən biri olaraq qalır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 667   Tarix: 17 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr