32 saniyə ölən qadından dəhşətli XƏBƏRDARLIQ
ABŞ sakini Anjela Harris klinik ölüm zamanı qeyri-adi təcrübə yaşadığını və bu anlarda insanlığın mümkün gələcəyinə dair görüntülər gördüyünü iddia edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qadının sözlərinə görə, hadisə 2015-ci ildə baş verib. O, huşunu itirmə səbəblərini müəyyən etmək üçün tətbiq olunan tilt-test (əyilmə testi) prosedurundan keçərkən qəfil vəziyyəti pisləşib.
Harris bildirir ki, test zamanı qıcolmalar başlayıb və ürəyi təxminən 30 saniyəlik dayanıb. O, həmin an özünü bədənindən ayrılmış kimi hiss etdiyini deyir.
Gördüyü görüntülər
Anjela Harrisin sözlərinə görə, bu vəziyyətdə o, fərqli bir məkana düşdüyünü hiss edib. O, burada vəfat etmiş qohumlarını gördüyünü, həmçinin yad həyat formaları kimi təsvir etdiyi varlıqlarla qarşılaşdığını iddia edir. Qadın əlavə edib ki, özünü insan formasından fərqli müxtəlif görünüşlərdə də görüb.
Gələcəklə bağlı iddialar
Onun sözlərinə görə, gördüyü görüntülərdə Yer kürəsinin gələcəyi də əks olunub. Harris iddia edir ki, gələcəkdə qlobal sistemlər dağılacaq, böyük münaqişələr baş verəcək və nəticədə dünya əhalisi kəskin şəkildə azalacaq.
O bildirib ki, insanlar daha sonra kiçik, özünü təmin edən icmalarda yaşayacaq. Texnologiyalar isə tam yox olmayacaq, lakin daha ehtiyatlı və şüurlu şəkildə istifadə olunacaq.
Həyata baxışının dəyişməsi
Harris bu təcrübədən sonra həyat və ölümə münasibətinin dəyişdiyini deyir. Onun fikrincə, insanlar həyat yolunu əvvəlcədən seçir və qarşılaşdıqları çətinliklər də bu təcrübənin bir hissəsidir.
O həmçinin hesab edir ki, bütün insanlar vahid bir mənbə ilə bağlıdır və bir çoxları bu mənbəni tanrı adlandırır.
Qadının sözlərinə görə, yaşadıqlarından sonra o, ölüm qorxusunu itirib və həyatın o tərəfində insanı sakitlik və harmoniya gözlədiyinə inanır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 770 Tarix: 17 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrSaç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabrAncelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabr