Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - FOTO
Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində "Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı panel iclas təşkil olunub.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanış olublar. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.
Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçirilən tədbir Fələstinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edənlər müharibənin təsirlərinə məruz qalan uşaqlar üçün təhlükəsiz təhsil mühitinin bərpası, dəstək mexanizmlərinin gücləndirilməsi və təhsildə davamlılığın təmin edilməsinin regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək, tədbirdə veriləcək mesajların dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin qurbanı olan uşaqlar üçün yeni bir həyatın ümid işığı olacağına əminliyini vurğulayıb. O, uşaqların və gənclərin bir millətin ümidi və sabahı olduğunu deyərək, zorakılığı təşviq edən ən xırda amillə belə qətiyyətlə mübarizə aparmağın mühüm roluna toxunub.
Sonra xatirə şəkili çəkdirilib.
Daha sonra tədbir iştirakçıları Fələstində münaqişə nəticəsində təhsil sisteminin məhv edilməsinə həsr olunan sərgiyə baxıblar.















Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər