Azərbaycanda VƏZİYYƏT TAMAM DƏYİŞİB: Havalar belə olacaq - Ekoloq
Son illərdə yaz mövsümü başlasa da, havaların nisbətən daha soyuq keçməsinin şahidi oluruq. Xüsusilə yağıntılı günlərin artdığı müşahidə olunur. Artıq aprel ayının ortaları olsa da, hələ də respublika ərazisində qar, güclü yağışlar və hətta dolu düşməsi müşahidə olunur.
Bakupost.az xəbər verir ki, bəzi hallarda bu vəziyyət iqlim dəyişiklikləri ilə əlaqələndirilsə də, Ölkə.Az-a danışan Elm və təhsil nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bu vəziyyətin ölkədə rütubətli dövrün başlaması ilə bağlı olduğunu deyir:
"Azərbaycan ərazisində 70-80-ci illərdəki uzun müddət davam edən quraqlıqdan sonra artıq rütubətli dövr başlayıb. Məsələn, bizim ən quraq ərazimiz Naxçıvan idi, artıq 1-2 ildir rütubət orada 40%-ə qədər artıb. Digər ərazilərdə də rütubətin artdığı müşahidə olunur.
Xəzər dənizində də suyun səviyyəsinin aşağı enməsi artıq stabilləşib. Yəqin ki, bir neçə illik stabilləşmədən sonra suyun səviyyəsi qalxa bilər. Hələlik tendensiya əvvəlkilərin təkrarıdır.
Azərbaycan ərazisinə 9 növ hava kütləsi daxil olur. Bakı şəhərinin iqlimi yarımsəhra quru çöl iqlimi, təbiəti də belədir. Başqa cür desək, nisbətən quraq iqlim şəraitinə aiddir. Çoxillik rəqəmlərə əsasən deyə bilərəm ki, ildə təxminən 320-350 mm yağıntı düşür.
Hazırda göründüyü kimi respublika ərazisinə, o cümlədən də Bakı şəhərinə illik normadan bir neçə dəfə çox yağıntı düşüb. Ucqar dağlıq ərazilərimizdə kifayət qədər qar ehtiyatı yığılıb. Məsələn, Qubanın elə kəndləri var ki, 3-3.5 metrə yaxın qar ehtiyatı yığılıb. Çətinliklər də var, amma bununla bərabər Bakı şəhərinə yağan yağıntılar normadan artıqdır. Bu da bir sıra problemlər yaradır.
Artıq vəziyyət tamam başqa istiqamətdədir. Yəqin ki, rütubətlənmə dövrü başlayacaq. Bu da bir neçə 10 illik davam edə bilər".
Ə.Əliyev havaların yağışlı keçməsinin səbəbini qərbdən və şimal-şərqdən gələn hava axını ilə bağlı olduğunu söyləyib:
"Səbəb ondan ibarətdir ki, bizim ərazimizə Qərbdən yəni Atlantik okeanından gələn rütubətli hava kütlələri hakimdir. Buna biz "azor maksimumu" deyirik. Şimal-şərqdən gələn Sibir antisiklonunun soyuq hava kütlələri də yağıntıları xeyli artırır. Bu yağıntılar gördüyünüz kimi bizim ərazimizlə bərabər Aralıq dənizinin bir sıra ölkələri kimi hətta İranın da bir sıra sahələrinə rütubət gətirməkdədir. Şimal-şərqdən soyuq və isti hava kütlələrinin bir-biri ilə toqquşması nəticəsində dolu, güclü yağışlar yağır.
Bu hava kütlələrinin təsiri nəticəsində yağıntıların düşməsini normal qəbul etmək olar, amma əvvəlki illərə nisbətən rütubət gətirməsi təbii ki, müəyyən fəsadlara da səbəb olur".
Ə.Əliyev qışın sonu, yaz mövsümünün başlanğıcında yağıntılı hava şəraitinin ölkəmiz üçün xarakterik olduğunu söyləyib:
"İndi yazöncəsidir. Quraqlıq dövründə də bu vaxtlar yağıntı nisbətən çoxalırdı, amma indi kifayət qədər yağıntı artıb. Bu yağıntılar təkcə bizi yox, Türkiyə, İsrail və İran təbiətinə də rütubətləndirici təsir göstərir. Çünki onlar da quraqlıdan müəyyən qədə əziyyət çəkiblər. Azərbaycan ərazisinə qışın sonu yazın əvvəlində və yazın sonu yayın əvvəlində çox yağıntılar düşür.
Bizim quraqlıq dövründə kifayət qədər problemimiz oldu. Yağıntılar dövründə isə səth sularını anbarlara toplaya bilsək, kənd təsərrüfatı və məişətdə problemlərimiz olmayacaq".
Ə.Əliyev ötən gün Bakı və Abşeron yarmadasının bəzi ərazilərinə dolu düşməsindən də söz açıb:
"Dünənki dolu yağışı qısamüddətli idi və elə də qorxulu olmadı. Narahat olmağa dəyməz. Bakı və Abşeron yarmadasında belə hava şəraiti təsadüfi hallarda olur. Dediyim kimi bu, şimal-şərqdən və qərbdən gələn hava axınlarının toqquşması nəticəsində yaranmışdı".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər