Quru sərhədlər AÇILIR? - Bu şəxslər artıq...
Azərbaycanda quru sərhədlərin uzun müddətdir bağlı qalması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə, ikili vətəndaşlığı olan şəxslərin üzləşdiyi çətinliklər, onların sərbəst hərəkət imkanlarının məhdudlaşması və xaricdəki iş, ailə və sosial öhdəlikləri bu məsələni daha da aktuallaşdırır. Mövcud şəraitdə həm təhlükəsizlik, həm də insan amili arasında balansın necə qorunacağı əsas müzakirə mövzularından birinə çevrilib. Bəs hazırkı vəziyyətdə ikili vətəndaşlığı olan şəxslər üçün hər hansı güzəştlərin tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu məsələ kifayət qədər həssasdır və uzun müddətdir davam edən məhdudiyyətlər cəmiyyətdə fərqli yanaşmaların formalaşmasına səbəb olub.
"Quru sərhədlərin artıq 6 ilə yaxındır bağlı qalması fonunda "niyə açılmır?" sualı ətrafında müxtəlif fikirlər səsləndirilir. Xüsusilə, regionda baş verən hadisələr, o cümlədən ABŞ-İran münasibətlərindəki gərginlik fonunda sərhədlərin bağlı qalma müddətinin daha da uzanacağı real görünür".
Ekspert qeyd edib ki, ikili vətəndaşlığı olan şəxslərlə bağlı müəyyən güzəştlərin tətbiqi məqsədəuyğun ola bilər:
"Ən azından həmin şəxslərin vətəndaşı olduqları ikinci ölkəyə gediş-gəlişləri müəyyən şərtlər daxilində təmin olunmalıdır. Müəyyən öhdəliklər əsasında həyata keçirilməsi mümkündür. Məsələn, onların yalnız bir istiqamətdə hərəkəti ilə bağlı qaydalar tətbiq oluna bilər. İkili vətəndaşlığı olan şəxslərin əksəriyyəti digər ölkədə işləyir, ailə həyatı qurub və sosial bağlara malikdir. Bu amillər nəzərə alınmalıdır. Çünki bu məsələ yalnız fərdi deyil, eyni zamanda iqtisadi və sosial sahələrə də təsir göstərir".
Siyasi şərhçi hesab edir ki, regionda gərginlik, xüsusilə İranla bağlı vəziyyət sabitləşdikdən sonra bu istiqamətdə müəyyən addımların atılması zərurəti yarana bilər:
"Ümumilikdə quru sərhədlərin açılması məsələsinə gəldikdə isə, bu proses birdəfəlik deyil, mərhələli şəkildə həyata keçirilməlidir. Dövlət bu istiqamətdə uyğun qərarlar qəbul edə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər