"Euronews": Ciorcia Meloni enerji əlaqələrini gücləndirmək üçün Azərbaycana səfər edəcək
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Roma ilə Bakı arasında siyasi dialoqu davam etdirmək və enerji əməkdaşlığını gücləndirmək üçün yaxın həftələrdə Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə "Euronews"un məqaləsində deyilir.
Qeyd olunur ki, Meloninin may-iyun aylarında Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində daha bir addım olacaq. Məqalədə vurğulanır ki, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının tədarükü Roma və Bakı arasındakı münasibətlərin əsas sütunu olaraq qalır.
TAP Xəzər regionunu Avropa ilə birləşdirən daha geniş Cənub Qaz Dəhlizinin bir hissəsidir.
"Trans Adriatic Pipeline AG" (TAP AG) konsorsiumunun idarəedici direktoru Luka Skiepatti qeyd edir ki, boru kəmərinin kommersiya istismarına başlandığı vaxtdan bəri İtaliyaya 47,5 milyard kubmetrdən çox təbii qaz tədarük edilib.
Onun sözlərinə görə, TAP vasitəsilə Avropaya ümumilikdə 57 milyard kubmetr qaz çatdırılıb ki, bu da təchizat marşrutlarının şaxələndirilməsinə və Avropa enerji sisteminin sabitliyinə töhfə verir.
O, həmçinin qeyd edib ki, İtaliya TAP vasitəsilə nəql olunan Azərbaycan qazının əsas təyinat yeri və Avropa bazarına boru kəməri ilə tədarük üçün əsas giriş nöqtəsidir.
TAP 2025-ci ildə İtaliyanın ümumi qaz idxalının təxminən 16,5%-ni təşkil edib. Skiepatti vurğulayıb ki, təchizat təhlükəsizliyi iki ölkə arasında enerji əməkdaşlığının əsasını təşkil edir: "İtaliya ilə Azərbaycan arasında yüksək səviyyəli ikitərəfli əlaqələr enerji sektorunda uzunmüddətli əməkdaşlığı və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini bir daha təsdiqləmək üçün fürsət yaradır".
Topçubaşov Analitik Mərkəzinin elmi işçisi Simona Skotti Euronews-a bildirib ki, səfər COP29-da iştirak və əvvəlki rəsmi səfərlər də daxil olmaqla, əvvəlki ikitərəfli və çoxtərəfli mübadilələrin davamı olacaq. O əlavə edib ki, gündəm hələ təsdiqlənməsə də, enerji əməkdaşlığı, iqtisadi və siyasi əməkdaşlığın digər sahələri ilə yanaşı, əlaqələrin genişləndirilməsində mühüm komponent olaraq qalacaq.
Skotti qeyd edib ki, İtaliya hazırda Azərbaycanın aparıcı ticarət tərəfdaşıdır və əməkdaşlıq enerjidən müdafiə və aviasiya kimi sektorlara qədər uzanır ki, bu da son illərdə ikitərəfli əlaqələrin tədricən şaxələndirilməsini əks etdirir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 452 Tarix: 19 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMuxtar Maniyevin oğlu vəzifədən azad olundu
10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura
18 noyabrEvə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
17 noyabr"Changan" idarəetməni itirərək səkiyə çıxdı
Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Changan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb. Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb. Qəzaya uğrayan nəqliyya
18 noyabrAzərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə
17 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabrMəşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
16 noyabrƏməkhaqqı ödənişləri elektronlaşdırılacaq
Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayə
18 noyabrMediaya ayrılan pul çox azdır - Deputat
Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy
16 noyabr