Valideynlər üçün fürsət, uşaqlar üçün təhlükə? - "WhatsApp"dan qalmaqallı YENİ FUNKSİYA

Valideynlər üçün fürsət, uşaqlar üçün təhlükə? - "WhatsApp"dan qalmaqallı YENİ FUNKSİYA"WhatsApp" uşaqlar üçün valideyn nəzarətli hesablar funksiyasını istifadəyə verib. Bu yenilik valideynlərə kiçik yaşlı uşaqların mesajlarını və sosial media davranışını izləmək imkanı yaradır. Valideyn uşağın kimlərlə ünsiyyət qurduğunu, hansı qruplara qoşulduğunu izləyir. Hətta məxfilik parametrlərini görə, naməlum nömrələrdən gələn mesaj sorğularını bloklaya bilər. Uşaq isə bu parametrləri dəyişə bilməz, bunun üçün PIN-kod tələb olunur. Bu funksiya təhlükəsizlik baxımından faydalıdır, lakin valideyn nəzarətinin uşaqların etimadına və psixoloji rahatlığına təsiri ilə bağlı fikir ayrılığı mövcuddur. Bəziləri hesab edirlər ki, valideynlər uşaqlarının yazışmalarını mütləq izləməlidir. Digərləri isə ehtiyatlı yanaşmanın vacibliyini vurğulayır və qeyd edirlər ki, həddindən artıq müdaxilə uşaqlarda qıcıq, etimad problemi yarada bilər.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Nəzarət gizli və totaldırsa...

"Indigo Support" Reabilitasiya və İntegrasiya Mərkəzinin meneceri və psixoloq Aysel Qafarova açıqlamasında bildirir ki, 18 yaşa qədər uşağın sosial həyatına düzgün və balanslı şəkildə nəzarət onun şəxsi həyatına müdaxilə sayılmır. Əksinə, bu yanaşma uşağın sosial və ailə həyatının balansını qorumağa kömək edir: "Uşaq hələ formalaşma mərhələsindədir və rəqəmsal dünya real həyatdan daha sərt və nəzarətsizdir. Amma burada çox incə bir xətt var. Nəzarət gizli və totaldırsa, bəli, bu, artıq uşağın şəxsi sərhədlərinin pozulmasıdır. Əgər açıq, razılaşdırılmış və izah olunmuş şəkildədirsə, bu, hüquq pozuntusu yox, qoruyucu çərçivədir".

"Nəzarət edərkən balansı qorumaq önəmlidir"

Psixoloq bildirir ki, hər sahədə olduğu kimi nəzarət edərkən də balansı qorumaq çox önəmlidir: "Nəzarət, diqqətdə saxlamaq şəklində həyata keçirildikdə, uşağın özünəinamını zədələmir və psixoloji rahatlığını pozmadan həm psixoloji, həm də fiziki təhlükəsizliyini təmin edir. Lakin nəzarət həddindən artıq olduqda, birbaşa və ya dolayı yolla uşağın psixoloji rahatlığına, özünəinamına təsir edən müdaxilələrə çevrilsə, bu, onun psixoloji sabitliyinə, həyəcanını, emosiyalarını idarə etməsinə mənfi təsir göstərir. Psixoloji rahatlıq yalnız güvən mühitində yarana bilər. "Mən daim izlənirəm" hissi hər zaman öz davranışlarını götür-qoy etməklə yanaşı, iki fərqli xarakterin eyni zamanda yaranmasına da səbəb ola bilər".

"Ən güclü nəzarət isə hər zaman sağlam ünsiyyət üzərində qurulur"

"Valideynlər uşaqların onlayn davranışını izləyərkən etimadı qorumaq üçün nə etməlidirlər" sualına həmsöhbətimiz fransız psixiatr Serge Tisseronun 3-6-9-12 yaş qaydalarına toxunaraq cavab verir: "Serge bildirir ki, 12 yaşa qədər uşağın sosial mediadan istifadəsi yalnız valideyn razılığı ilə və qısa müddət üçün mümkün olmalıdır. 12 yaşdan sonra uşaq ailə üzvləri ilə daha çox vaxt keçirməli, valideyn isə övladının etimadını pozmadan onunla rahat şəkildə fikir və hisslərini paylaşa bilməli, ona dəstək olmalıdır. Eyni zamanda, razılaşdırılmış qaydalar olmalıdır ki, hansı hallarda valideyn müdaxilə edə bilər, hansılarda edə bilməz".

"Məqsəd yalnız nəzarətdə saxlamaq deyil"

Psixoloq bildirir ki, uşağın sosial davranışına və özünü ifadəsinə sərt müdaxilə edilsə, bu, onun internetdə və sosial mediada məsuliyyətli davranmağı öyrənməsinə mane olar: "Əksinə, həm onu nəzarətdə saxlayıb, həm də dəstəkləyici davranışlarla övladımıza yanaşdıqda, özünə nəzarəti öyrədirik. Əsas məqsədimiz yalnız nəzarətdə saxlamaq deyil, nəzarətsiz də düzgün seçimlər edə biləcək şəkildə yetişdirməkdir. Bunun sadə yolu isə kiçik yaşlarda sıx nəzarət və az-az məsuliyyət, yaş artdıqca isə əksinə, az nəzarət və artan məsuliyyətdir".

"Uşaq hər zaman valideynin onun yanında olduğunu hiss etməlidir"

Psixoloq Günel Qurbanova hesab edir ki, kiçik yaşlı uşaqlar yalnız "WhatsApp" deyil, heç bir sosial platformanı sərbəst şəkildə istifadə etməməlidirlər: "Xüsusilə, yeniyetməlik dövründə uşaqlar onlara aid olmayan platformalar və təhlükəli mövzularla maraqlana bilərlər. Bu vəziyyətə düşən valideyn, mövzudan xəbərdar olduğunu uşağa aşkar etməməlidir. Mümkün qədər dostyana yanaşmalı, uşağa belə mesajlar verməlidir".

Cəmiyyətdə balansı ən çətin qurulan mövzu

Həmsöhbətimiz bildirir ki, şəxsi sərhədlər və uşağı qorumaq cəmiyyətdə balansı ən çətin qurulan mövzulardan biridir: "Hər yaş dövrünün özünəməxsus şəxsi sərhəd anlayışı var. Sadə bir misal: 6 yaşlı uşaq telefonda qorxulu videolar izləyirsə, onun istəyinə hörmətlə yanaşa bilməzsiniz. "Baxma" desəniz də, baxa bilər. Bu halda müdaxilə vacibdir, çünki azyaşlı dövrlərdə belə videolar ciddi psixoloji fəsadlara səbəb ola bilər. Eyni şey 16 yaşlı uşağa tətbiq olunsa, o, valideynə qarşı aqressiya göstərəcək və təhlükəli olduğunu izah etdiyiniz məzmunlara yenidən baxmağa çalışacaq. Hər yaş dövründə qoyulan qadağalar mümkün qədər dostluq çərçivəsində olmalıdır".

Xarici təcrübə necədir?

ABŞ və Avropa ölkələrində valideyn nəzarəti üçün "family link" tipli tətbiqlər geniş istifadə olunur. Məsələn, "2Google Family Link" valideynlərə uşağın tətbiqlərini izləmək, istifadəyə vaxt məhdudiyyəti qoymaq və təhlükəli məzmunları bloklamaq imkanı verir. İngiltərədə "Childnet International" təşkilatı uşaqların sosial mediada təhlükəsizliyini təmin etmək üçün valideynlərə yaşa uyğun nəzarət və ünsiyyət qaydaları təqdim edir.

ABŞ-də aparılan araşdırmalar göstərir ki, 13 yaşdan sonra uşaqlarla dostyana ünsiyyət və razılaşdırılmış qaydalarla nəzarət tətbiq edən valideynlərin övladları həm məsuliyyətli rəqəmsal davranış, həm də psixoloji stabillik baxımından daha uğurlu olur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 449   Tarix: 19 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AYNA sərnişinlərə müraciət etdi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib. xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarl

17 sentyabr
.

DSX-nin tarixinə düşən general vəfat etdi

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd

18 sentyabr
.

Mədət Quliyev oğlu ilə toyda - Foto

Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin özünü buraxması: Qarabağda siyasi-hüquqi mərhələnin sonu

2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin və Cənubi Qafqazın siyasi reallığının ən mühüm dönüş nöqtələrindən biri oldu. Hadisələrin əhəmiyyəti yalnız 23 saatdan az davam edən hərbi əməliyyatın nəticələri ilə məhdudlaşmırdı. Bu prose

19 sentyabr
.

Bakıda türk dünyasının təhlükəsizlik gündəliyi: TDT yeni strateji mərhələyə keçir

Bakı son illərdə yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının siyasi və strateji gündəliyinin formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilməkdədir. Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə yüksək səviyyəli nümayənd

18 sentyabr
.

Zeynəb Zamanovaya vəzifə verildi - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind

19 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr