İsrail əsgəri İsa heykəlini balta ilə parçaladı
Livanın cənubunda İsrailin nəzarəti altında olan Deyr Seryan qəsəbəsində baş verən hadisə böyük narazılıq doğurub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir, sosial şəbəkələrdə yayılan görüntülərdə bir İsrail əsgərinin İsa heykəlini balta ilə parçaladığı əks olunub və bu görüntülər qısa müddətdə geniş rezonans yaradıb.
Hadisə Livanın cənubunda, sərhəddən təxminən 5-6 kilometr məsafədə yerləşən Deyr Seryan qəsəbəsində baş verib. Hadisənin dəqiq nə vaxt baş verdiyi açıqlanmasa da, yayılan foto və videolar beynəlxalq ictimaiyyətdə ciddi etirazlara səbəb olub.
İsrail ordusunun sözçüsü Nadav Şoşani məsələ ilə bağlı açıqlamasında görüntülərin araşdırıldığını bildirib. O qeyd edib ki, hadisə ilə bağlı ətraflı və dərin araşdırma aparılacaq.
Qeyd edək ki, İsrail ordusu martın 2-də Livana qarşı genişmiqyaslı hava hücumlarına başlayıb və ölkənin cənubunda bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. Bu proses nəticəsində yüz minlərlə insan məcburi köçkünə çevrilib. Livan hökumətinin açıqlamasına görə, yerindən edilənlərin sayı 1 milyonu ötüb.
Bununla yanaşı, Livan və İsrail arasında əldə olunan 10 günlük müvəqqəti atəşkəs aprelin 17-də qüvvəyə minib. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəsə baxmayaraq, cənubdakı nəzarətdə saxlanılan ərazilərdə qalmağa davam edəcəklərini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 561 Tarix: 20 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19 sentyabrYağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrŞahin Hüseynli vəzifələrindən azad edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib. -ın əldə etdiyi məlumatına görə, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb. Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yen
18 sentyabrAzərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabr