Məktəbdə qətliam törədən İsanın sinif yoldaşı: "Qələmlə qolunu deşirdi" - VİDEO
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən və 9 nəfərin həyatına son qoyan silahlı hücumla bağlı yeni detallar ortaya çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisəni törədən İsa Aras Mersinli-nin sinif yoldaşı G.İ. onun məktəbdə sərgilədiyi davranışlar barədə diqqətçəkən açıqlamalar verib.
G.İ. bildirib ki, Mersinli uzun müddətdir psixoloji problemlər yaşayırmış və dərs zamanı qeyri-adi hərəkətlər edirmiş. Onun sözlərinə görə, o, dərsdə kədərləndikdə özünə zərər verirmiş: "Bir şeyə üzüləndə qələmlə əlini, qolunu deşirdi, partası qan içində qalırdı. Hətta çantası belə qana bulaşırdı. Özünü boğmağa çalışırdı. Beşinci sinifdə çantasını boğazına dolayaraq özünü boğmuşdu"
Sinif yoldaşı həmçinin qeyd edib ki, Mersinlinin demək olar dostu olmayıb və tez-tez gecələr internetdə vaxt keçirdiyi üçün dərslərdə yuxulu vəziyyətdə olurmuş. Bəzən dərs zamanı səbəbsiz ağladığı, müəllimlərin isə onu məktəbin psixoloquna yönləndirdiyi bildirilir.
G.İ.-nin sözlərinə görə, Mersinli daha əvvəl iki sinif yoldaşına məktəbə silahlı hücum edəcəyini dediyini bildirib, lakin bu sözlər ciddi qəbul edilməyib.
Qeyd edək ki, İsa Aras Mersinli atasına məxsus silahlarla məktəbə daxil olaraq 8 şagird və 1 müəllimi qətlə yetirib. Hadisənin baş verdiyi məktəbə çoxsaylı vətəndaşlar axın edərək həyatını itirənlərin xatirəsini anır, əraziyə güllər və qeydlər qoyurlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi