Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar - FOTO
Bakıda fəaliyyət göstərən Flyblast Travel Agency ilə bağlı ortaya çıxan məlumatlar ciddi qalmaqala səbəb olub. İddialara görə, şirkətin rəhbəri kimi təqdim olunan Rövşən Abdullayevin adı bir sıra ağır qanun pozuntularında hallanır.
Azmedia.Az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşların şikayətlərində qeyd olunur ki, Flyblast Travel Agency ilə müqavilə bağlayan şəxslər aylarla hətta illərlə süründürməçiliyə məruz qalır, proseslər süni şəkildə uzadılır və nəticədə bir çox hallarda viza alınmır. Bu isə ödəniş edilmiş xidmətin faktiki göstərilməməsi kimi qiymətləndirilir.
Daha da ciddi iddialara görə, ödənişini geri tələb edən vətəndaşlara qarşı təzyiq və hədə-qorxu elementlərinin tətbiq olunduğu, müxtəlif bəhanələrlə pulların geri qaytarılmadığı bildirilir. Bu kimi hallar artıq sadə xidmət narazılığından çıxaraq daha ağır hüquqi müstəviyə keçir.
Bəzi şikayətçilər isə daha ağır iddialar səsləndirir. Onların sözlərinə görə, bəzi hallarda xarici pasportlara vurulan vizaların saxta olması ehtimalı mövcuddur. Bu istiqamətdə araşdırmaların davam etdiyi qeyd olunur və məsələ xüsusilə ciddi nəzarət tələb edir.
Maliyyə məsələləri də ayrıca suallar doğurur. Bildirilir ki, Rövşən Abdullayevin adı hallanan Flyblast Travel Agency müştərilərdən ödənişləri nağd şəkildə qəbul edir, lakin qanunun tələbinə baxmayaraq fiskal çek təqdim etmir. Yalnız kağız qaimə verilməsi isə nağd dövriyyənin gizlədilməsi və vergidən yayınma ehtimallarını gündəmə gətirir.
Şirkətlə bağlı digər iddialar isə əmək münasibətlərinə aiddir. Qeyd olunur ki, müəssisədə təxminən 15-ə yaxın işçi çalışsa da, onların yalnız az bir hissəsi rəsmi qeydiyyatdadır. Qalan şəxslərin qeyri-rəsmi işlədiyi və əmək haqlarını nağd şəkildə aldığı iddia edilir. Bu isə dövlət büdcəsinə ödənişlərdən yayınma, sosial sığorta haqlarının gizlədilməsi, əmək hüquqlarının pozulması kimi ciddi qanun pozuntularına işarə edir.







Ekspertlər bildirir ki, sadalanan hallar təsdiqini taparsa, bu fəaliyyət yalnız inzibati məsuliyyətlə məhdudlaşmaya bilər və Cinayət Məcəlləsinin 213-cü maddəsi (vergidən yayınma) daxil olmaqla daha ağır hüquqi nəticələr doğura bilər.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi vergi siyasəti şəffaflıq və qanunçuluq prinsiplərinə əsaslanır. Bu prinsiplərin pozulması dövlətə qarşı maliyyə intizamının sarsıdılması kimi qiymətləndirilir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, kölgə iqtisadiyyatı, vətəndaşların aldadılması və vergidən yayınma halları ilə bağlı ən sərt tədbirlər görülməlidir.
Bütün bu iddialar fonunda isə əsas sual açıq qalır. Rövşən Abdullayevin adı hallanan Flyblast Travel Agency ilə bağlı bu qədər ciddi məlumatlar olduğu halda, aidiyyəti dövlət qurumları niyə hələ də səssiz qalır?
Məsələ ilə bağlı Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi tərəfindən dərhal araşdırma aparılması və ictimaiyyətə açıqlama verilməsi tələb olunur. İddiaların nə dərəcədə doğru olduğu isə yalnız rəsmi yoxlamalardan sonra məlum olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi