Yeniyetmələr niyə aqressivləşib? - AÇIQLAMA
Son dövrlərdə yeniyetmələr arasında aqressiv davranışların artması cəmiyyətdə narahatlıq doğuran mövzulardan birinə çevrilib.
Xüsusilə məktəblilər arasında müşahidə olunan qəddarlıq halları təkcə fərdi problem deyil, həm də ailə, təhsil mühiti və sosial faktorların birgə təsirinin nəticəsi kimi qiymətləndirilir.
Bəs görəsən bu dəyişimin arxasında hansı səbəblər durur?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Yeniyetməlik dövrü psixoloji baxımdan ən həssas mərhələlərdən biridir. Bu dövrdə şəxsiyyət formalaşır, emosiyalar daha kəskin yaşanır və davranışlara nəzarət mexanizmi hələ tam oturuşmur. Aqressiyanın artmasının bir neçə əsas səbəbi var: İlk növbədə, ailə mühiti böyük rol oynayır. Uşaq zorakılıq, laqeydlik və ya davamlı konflikt olan bir mühitdə böyüyürsə, bu davranış modelini normallaşdırır. O, problemləri dialoqla deyil, güc və təzyiq vasitəsilə həll etməyə meyilli olur. Digər mühüm faktor sosial mediadır. Müasir dövrdə yeniyetmələr TikTok, Instagram kimi platformalarda şiddət, aqressiya və "güc nümayişi"ni təşviq edən məzmunlara tez-tez məruz qalırlar. Bu isə onların reallıq qavrayışını dəyişir və bəzi hallarda aqressiv davranışı "normal" kimi qəbul etmələrinə səbəb olur.
Həmçinin, məktəb mühitindəki psixoloji təzyiqlər: bullinq, rəqabət və.s kimi hallar da aqressiyanın artmasına gətirib çıxarır. Özünü ifadə edə bilməyən və ya qəbul olunmadığını hiss edən yeniyetmə daxili gərginliyi aqressiya ilə xaricə vurur. Yeniyetmələr çox zaman hisslərini düzgün tanıya və ifadə edə bilmirlər. Nəticədə qəzəb, qorxu və ya inciklik aqressiv davranışa çevrilir.
Sonda qeyd etmək istəyirəm ki, bu problemi yalnız cəza ilə həll etmək mümkün deyil. Burada əsas çıxış yolu maarifləndirmə, psixoloji dəstək və sağlam ünsiyyət mühitinin formalaşdırılmasıdır. Ailə, məktəb və cəmiyyət birlikdə hərəkət etmədikcə bu tendensiyanın qarşısını almaq çətin olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi