Niyə bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri isə sərt olur?
Yaş artdıqca insanlar başqalarının problemlərinə fərqli reaksiya verirlər: bəziləri daha açıq olur və kömək etməyə meyllənir, digərləri isə daha sərt və uzaq davranır. Mütəxəssislərin fikrincə, bu fərq insanın həyat boyu yaşadığı itkiləri necə şərh etməsi ilə bağlıdır.
Sonxeber.az xəbər verir ki, Stenford Universitetinin uzunmüddətli tədqiqatı göstərir ki, yaşlı insanlar ümumilikdə başqalarına yardım etməyə daha çox meyllidirlər. Lakin digər araşdırmalar əks tendensiyanı da qeydə alır: bəzi insanlar yaşlandıqca daha qapalı və nəzarətə meylli olurlar. Alimlər hesab edirlər ki, əsas fərq itkilərin miqdarında deyil, onların necə qəbul edilməsindədir.
Alimlərin fikrincə, itkiləri özünü "kiçildən" bir proses kimi qəbul edən insanlar həyatlarını daha sərt şəkildə idarə etməyə çalışır, daha çox nəzarət yaratmağa və itirdiklərini qorumağa meylli olurlar. Əksinə, itkiləri dəyişiklik və yeni imkan kimi qəbul edənlər daha açıq olur və daha səxavətli davranırlar.
Mütəxəssislər bildirirlər ki, eyni həyat hadisələrini yaşayan iki insan tamamilə fərqli psixoloji nəticələrə gələ bilər. Davranışın əsasını məhz hadisələrin subyektiv izahı müəyyən edir.
Tədqiqatçılar "nəzarət paradoksu"na da diqqət çəkirlər. Hər şeyə nəzarət etməyin qeyri-müəyyənliklə mübarizədə kömək etdiyi düşünülsə də, həddindən artıq nəzarət əks təsir yarada bilər və sosial əlaqələrin zəifləməsinə, həyat keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.
Eyni zamanda Sinqapur Milli Universitetinin araşdırmaları göstərir ki, insanlar yaşlandıqca ümumilikdə daha səxavətli olmağa meyllidirlər. Bu, təcrübənin məhdud resurs kimi deyil, bilik və anlayış mənbəyi kimi qəbul edilməsi ilə izah olunur.(lent.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 633 Tarix: 20 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrİtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrKöməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi
13 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabr