"Məktəb mühafizəsində qapıçı modeli ləğv olunmalı, peşəkar təhlükəsizlik sistemi qurulmalıdır" - Təhsil eksperti
"Məktəblərdə təhlükəsizlik məsələsi sadəcə bir inzibati vəzifə deyil, gələcəyimizin mənəvi və fiziki bütövlüyünün qorunmasıdır. Türkiyədəki acı təcrübələr bir daha təsdiqləyir ki, təhlükəsizlik zəncirindəki ən kiçik bir boşluq bərpaolunmaz fəsadlara yol aça bilər. Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılsa da, mövcud vəziyyəti tam qənaətbəxş hesab etmək olmaz. Hazırda bir çox məktəblərimizdə videomüşahidə kameraları və mühafizə postları fəaliyyət göstərsə də, bu tədbirlər çox vaxt passiv mühafizə xarakteri daşıyır və hadisə baş verəndən sonra "nə baş verdiyini" görməyə xidmət edir. Bizə isə hadisənin qarşısını əvvəlcədən alan proaktiv və çevik bir sistem lazımdır".
Bu sözləri Sonxeber.az-a təhsil eksperti Şəmsi Qoca danışıb.
O, açıqlamasında qeyd edib ki, bu sistemi qurmaq üçün ilk növbədə məktəb girişində dayanan şəxsin funksiyası kökündən dəyişməlidir:
"Mühafizə xidməti sadəcə qapıçı səviyyəsində deyil, Daxili İşlər Nazirliyi və ya peşəkar mühafizə şirkətləri tərəfindən idarə olunan, metal detektorlardan istifadə edən və fövqəladə hallarda çevik reaksiya verməyi bacaran mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Eyni zamanda, texnoloji tərəqqidən istifadə edərək biometrik turniketlər və süni intellekt əsaslı "ağıllı kameralar" vasitəsilə kənar şəxslərin girişi tam qapadılmalı, daxildəki hər hansı aqressiv hərəkətlər dərhal aşkarlanmalıdır.
Təhlükəsizlik təkcə fiziki müdafiə demək deyil, həm də daxili mühitin sağlamlığıdır. Məktəb psixoloqlarının rolu artırılmalı, onlar hər bir şagirdin davranış xəritəsini izləməli və həmyaşıd zorakılığı olan bulinqin qarşısını vaxtında almalıdırlar. Sinif otaqlarında hüquq-mühafizə orqanlarına birbaşa qoşulan həyəcan düymələrinin olması isə hər hansı insident zamanı saniyələr ərzində yardımın çatmasını təmin edər. Yalnız texniki nəzarət, peşəkar mühafizə və sağlam psixoloji mühitin vəhdəti yaradıldıqda, məktəb şagird üçün valideynin gözü arxada qalmayacağı ən təhlükəsiz qalaya çevrilə bilər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi