Qonşular arasında səs-küy davası cinayətlə nəticələndi
Afyonkarahisarda baş verən dəhşətli hadisə məişət zəminində yaranan mübahisələrin necə faciəvi nəticələrə gətirib çıxara biləcəyini bir daha göstərib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir, Türkiyənin Afyonkarahisar şəhərində xalça çırpma və səs-küy üstündə başlayan mübahisə qanlı cinayətlə yekunlaşıb. Hadisə şəhərin Örnekevler məhəlləsi, Fatih Gümüş küçəsində qeydə alınıb.
Məlumata görə, Sevimgül Bodur (66) və həyat yoldaşı Cemil Bodur (73) üst mərtəbədə yaşayan qonşuları Erhan İ. və Nursel İ. ilə səs-küy səbəbindən mübahisə ediblər. Qısa müddət sonra mübahisə davaya çevrilib. İddialara əsasən, Erhan İ. və Nursel İ. yaşlı cütlüyə qarşı tapança və nasoslu tüfənglə atəş açıblar.
Ağır yaralanan Sevimgül və Cemil Bodur hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törətməkdə şübhəli bilinən ər-arvad saxlanılaraq polis idarəsinə aparılıb. Onlar ilkin istintaq tədbirlərindən sonra səhər saatlarında məhkəməyə çıxarılmaq üçün ədliyyə orqanlarına təhvil verilib.
Faciə qurbanları üçün Paşa məscidində vida mərasimi keçirilib. Yaşlı cütlük günorta namazından sonra şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)