30 ildə 300 uşağı övladlığa götürdü
Çində bədən tərbiyəsi müəllimi təxminən 30 il ərzində 300 uşağı övladlığa götürərək onların həyat qurmasına kömək etdikdən sonra "Superata" ləqəbini alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 52 yaşlı Bay Cian Anşan şəhərinin orta məktəblərindən birində çalışır. 1990-cı illərin ortalarından etibarən o, valideyn himayəsindən məhrum qalan uşaqların tərbiyəsi ilə məşğul olur. Onun kirayəyə götürdüyü evdə eyni vaxtda 20-30 uşaq yaşayır.
KİV-in məlumatına görə, 1995-ci ildən bəri yetimlər və ya ailələri tərəfindən tərk edilmiş ən azı 276 uşaq onun evində böyüyüb. Onların bir çoxu uğur qazanıb: peşəkar idmançı, hərbçi, dövlət qulluqçusu və müəllim olublar. 100-dən çox uşaq ali təhsil alıb, təxminən 50-si isə ölkədə ən yüksək idman səviyyəsinə çatıb.Bay özü kasıb ailədə böyüyüb və uzun məsafəyə qaçışdakı uğurları sayəsində kollecə daxil olub, daha sonra müəllim kimi fəaliyyətə başlayıb. Uşaqlara kömək etmək qərarını isə valideynləri tərəfindən tərk edilmiş şagirdlərindən birinin taleyini öyrəndikdən sonra verib. Həmin uşaq onun evində sığınacaq verdiyi ilk şəxs olub.
Böyük ailəni dolandırmaq üçün müəllim borc götürüb, əlavə işlər görüb və qohumlarını da köməyə cəlb edib. O, xüsusilə idman tərbiyəsinə önəm verir: uşaqlar hər gün, hava şəraitindən asılı olmayaraq, səhər saatlarında 12 kilometrdən artıq qaçış məşqləri edirlər.
Müəllimin sözlərinə görə, idman xarakter formalaşdırmağa və həyatın çətinliklərinə hazır olmağa kömək edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 537 Tarix: 22 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrToyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrArvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrTelevizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabr