Məşhur avtomobil Çində gənc olmayan insanlar üçün brend kimi tanındı

Məşhur avtomobil Çində gənc olmayan insanlar üçün brend kimi tanındıÇindəki "Volkswagen" avtomobil şirkətinin rəhbəri Robert Çitseke brendin hazırkı mövqeyini qiymətləndirərkən maraqlı bir etiraf edib. O, gənclərin gözündə alman brendinin artıq cəlbedici olmadığını və "valideynlərin seçimi" statusuna düşdüyünü bildirib.

Oxu.Az "IT Home" nəşrinə istinadən xəbər verir ki, bu açıqlama bazarın sürətlə dəyişdiyi bir dövrdə səslənib. Belə ki, 2024-cü ildə Çinin yerli BYD şirkəti satış rəqəmlərinə görə "Volkswagen"i geridə qoyaraq birinci yerə çıxıb. 2025-ci ildə isə alman nəhəngi "Geely" şirkətini də özündən qabağa buraxaraq üçüncü yerə enib.

Robert Çitseke Çin bazarının alman istehsalçılar üçün çox sərt rəqabət meydanına çevrildiyini və dəyişikliklərin miqyasının bütün gözləntiləri aşdığını qeyd edib. Müqayisə üçün xatırladaq ki, 1985-ci ildə Şanxay avtosalonunda ilk dəfə iştirak edən "Volkswagen" o zaman çinli qonaqların böyük marağına səbəb olmuşdu; hətta o dövrdə ziyarətçilər reklam broşürlərinin çap keyfiyyətinə belə heyran qalmışdılar.

Bu gün isə "Volkswagen"in təhlükəsizlik, etibarlılıq və keyfiyyət kimi ənənəvi üstünlükləri brend üçün bir növ "yük"ə çevrilib. Gənclər daha çox innovasiya və müasir texnologiyalar axtarır. Bu problemi həll etmək və gənc müştəriləri geri qaytarmaq üçün "Volkswagen" rəhbərliyi cari ildə Çində 20 yeni model təqdim etməyi planlaşdırır. Bu modellərə təmiz elektromobillər (EV), hibridlər (PHEV) və uzadılmış gediş ehtiyatı olan avtomobillər (EREV) daxildir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 335   Tarix: 24 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Duzun saxta olduğunu öyrənməyin asan yolu

Supermarket rəflərində onlarla oxşar duz növünə rast gəlmək olar. Qablaşdırmadakı "təbii" və "əlavəsiz" etiketlər çox vaxt çaşdırıcı olur. Bir çox insan süfrəsinə qoyduqları məhsulun həqiqətən yüksək keyfiyyətli olub-olmadığını müəyyən etməkdə çətinlik çəkir. -ın xəbərinə görə, bununl

14 iyun
.

Mətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir

Mətbəx dizaynında səssiz, lakin nəzərəçarpacaq dəyişiklik baş verir. Bir vaxtlar mətbəxin diqqət çəkən və dominant elementlərindən biri olan soyuducu artıq açıq şəkildə görünmür. xəbər verir ki, onun yerini mətbəx mebellərinə uyğunlaşdırılmış, fasad arxasında gizlədilən quraşdırılan soyuducular tutur

18 iyun
.

Sevgilisinin arvadını izləyən DÜNYA ULDUZUNDAN yeni xəbər

Dünyaca məşhur "Love Island" realiti-şousunun ulduzu Huda Mustafa haqqında yayılan qalmaqallı videodan sonra ilk dəfə ictimaiyyət qarşısında görüntülənib. TMZ-ya istinadən xəbər verir ki, Huda Mustafa Los-Ancelesdə keçirilən tədbirlərdən birində kameralara tuş gəlib. O, son günlər ətrafınd

17 iyun
.

Türkiyədə İsa Məsihin saqqalsız təsviri aşkarlandı

Türkiyədə arxeoloqlar İsa Məsihin II əsrə aid, nadir rast gəlinən saqqalsız təsvirini aşkar ediblər. xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. İsa Məsihə aid bu freska qədim dövrdə Nikeya adlandırılan indiki İznik şəhərindəki bir məqbərənin altında tapılıb. Roma üslubunda çəkilmi

17 iyun
.

Çörək qabına bunu qoyun - daha gec xarab olacaq

Təzə çörək bir çox insan üçün gündəlik qidalanmanın vacib hissəsidir. Xırtıldayan qabığı, yumşaq içliyi və özünəməxsus ətri səhər yeməyini daha ləzzətli edir. Lakin problem ondadır ki, çörək alındıqdan bir neçə gün sonra bərkiyir, elastikliyini itirir və dadı dəyişə bilir. xəbər verir ki, bir çox insa

14 iyun
.

Süngər, ya əl ilə sabunlanmaq? - Dəri problemlərindən qorunmağın yolu

Duş qəbul edərkən istifadə olunan süngərlər dəriyə zərər verə bilər. xəbər verir ki, bu barədə dermatoloqlar Loren Talya və Keti Laynam "HuffPost" nəşrinə müsahibələrində danışıblar. Mütəxəssislər bu geniş yayılmış vərdişin dəri üçün yarada biləcəyi risklər barədə xəbərdarlıq ediblər. Ket

19 iyun
.

Fransada futbolçu danışılmış oyunlara görə saxlanıldı

Fransanın "Nitsa" klubunun və Fil Dişi Sahilinin millisinin futbolçusu Vahi dünya çempionatı başlamazdan əvvəl danışılmış oyunlarda iştirak etmək şübhəsi ilə Fransa polisi tərəfindən saxlanılıb. xarici KİV-ə istinadla bildirir ki, 23 yaşlı futbolçu mayın 17-də "Mets"ə qarşı keçirilə

18 iyun
.

Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edərək Rusiya Federasiyasına dost olan ölkələrdən də daxil olmaqla 80-dən çox fiziki və hüquqi şəxsi "qara siyahı"ya salıb. xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb. Sanksiyalar aşağıdakılara qarşı tətbiq edilib:. - "LUKOY

15 iyun
.

Niyə paltarları 90°C və ya 40°C-də yumaq düzgün deyil?

İnsanların əksəriyyəti illərdir paltarları 40C, bəzən isə 90C temperaturda yuyaraq bunun daha təmiz nəticə verdiyinə inanır. Lakin gigiyena və sağlamlıq üzrə mütəxəssislər bildirirlər ki, bu yanaşma hər zaman effektiv olmur, hətta geyimlərə və ailə büdcəsinə zərər verə bilər. Həkimlərin sözlərinə görə

17 iyun