Sobadakı ventilyator işarəsinin sirri - Düzgün rejimi seçməməyin fəsadları

Sobadakı ventilyator işarəsinin sirri - Düzgün rejimi seçməməyin fəsadlarıBir çoxumuz sobanı "avtomatik" rejimdə yandırırıq, ventilyator işarəsi olan istənilən rejimi seçirik. Amma bütün incəlikləri bilmək vacibdir.

Lent.az xəbər verir ki, sobanın düyməsinə baxırsınız, kiçik bir ventilyator işarəsini görürsünüz və onu çevirirsiniz. Əksər insanlar bununla kifayətlənir. Soba qızır, yemək içəri yerləşdirilir və sonda şam yeməyi hazır olur. Amma idarə panelindəki bu kiçik ventilyator işarəsi əslində iki fərqli funksiyanı gizlədir və səhv seçim tortunuzu korlaya və ya əlavə elektrik sərfiyyatına səbəb ola bilər.

Problem kiçik bir vizual detalda gizlənir

Bir variantda ventilyator işarəsi sadə şəkildə yalnız pərlər şəklində göstərilir. Digər variantda isə həmin pərlər bir dairənin içində yerləşir. Bu iki işarə sobada tamamilə fərqli qızdırma sistemlərini idarə edir. Birinci rejim ventilyatordan sadəcə mövcud istiliyi yaymaq üçün istifadə edir. İkinci rejim isə ventilyatorun ətrafında yerləşən ayrıca halqa formalı qızdırıcı elementi aktivləşdirir. Onları qarışdırmaq yeməyin uyğun olmayan istilik mənbəyi ilə hazırlanmasına səbəb olur.

Dairəsiz ventilyator nə edir?

Sadə ventilyator işarəsi hava dövranını təmin edir. Bu zaman sobanın yuxarı və aşağı qızdırıcı elementləri işləyir, ventilyator isə istiliyi kamerada bərabər paylayır və soyuq zonaları aradan qaldırır.

Bu rejim universal sayılır: ət daha bərabər qızarır, tərəvəzlər içi xam qalmadan bişir və bir neçə listdə bişən peçenyelər daha eyni rəngdə olur.

Bu rejimdə temperaturu təxminən 20°C aşağı qoymaq mümkündür, çünki hava dövranı istiliyi daha effektiv ötürür və enerji sərfiyyatını azaldır.

Dairə içində ventilyator nə edir?

Ventilyator dairə içində olduqda soba fərqli işləyir. Bu zaman əsas istilik mənbəyi yuxarı və ya aşağı deyil, ventilyatorun ətrafındakı halqa qızdırıcıdır. Hava bu halqadan keçərək dərhal qızır və kameraya ötürülür.

Bu "isti hava" rejimi əksər hallarda əvvəlcədən qızdırmaya ehtiyac qoymur. Sobanı daha tez iş temperaturuna çatdırır və eyni anda bir neçə listdə yemək bişirməyə imkan verir.

Bu rejim dondurulmuş məhsullar, çoxlu peçenye və ya eyni anda bir neçə yemək hazırlamaq üçün idealdır.

Hansı rejim piroqu qurudur?

Evdə bişirənlər üçün vacib xəbərdarlıq var: zərif xəmirlər üçün güclü isti hava uyğun deyil. Biskvitlər və hava qabarcıqları ilə qalxan xəmirlər güclü hava axını nəticəsində tez quruyur, səthi tez qabıq bağlayır, qeyri-bərabər qalxır və çatlaya bilər.

Adi hava dövranı və ya klassik yuxarı-aşağı qızdırma isə daha yumşaq və uğurlu nəticə verir. Aşağıda bir xətt yalnız alt qızdırıcı işləyir (pizza üçün idealdır)
Yuxarıda ziqzaq xətlər - qril rejimi
Tək ziqzaq - qismən qril (az porsiyalar üçün)
Ventilyator + alt xətt - alt qızdırma və hava dövranı birlikdə
Lampa işarəsi - işıq
Qar dənəsi və ya damla - əridilmə (defrost) rejimi

Doğru seçim yeməyə bağlıdır

Bir listdə tərəvəz və ya toyuq - hava dövranı
Bir neçə listdə yemək - isti hava (dairəli ventilyator)
Çörək və tortlar - klassik qızdırma (ventilyatorsuz)
Qril - qısa müddətli yüksək temperatur üçün.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 525   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr