Milyarder və oğlunun qalıqları ayaqqabı qutularında qaytarıldı
2023-cü ilin iyununda dünyanı sarsıdan faciə həlak olanlardan birinin ailəsi üçün yeni bir zərbə ilə nəticələnib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Atlantik okeanında məhv olan "Titan" sualtı aparatının göyərtəsində olan pakistanlı milyarder Şahzadə Davudun dul həyat yoldaşı Kristina Davud doqquz ay sonra ərinin və onların oğlu Süleyman Davudun qalıqlarını təhvil alıb. Onun sözlərinə görə, qalıqlar matəm urnalarında və ya tabutlarda deyil, ölçüsünə görə adi ayaqqabı qutularını xatırladan kiçik konteynerlərdə təqdim olunub.
Kristina Davud emosional müsahibəsində yaxınlarından qalanların dəhşətli vəziyyətdə olduğunu bildirib: "Qalıqlar deyəndə, mən yalnız kütlə halına gəlmiş materialı nəzərdə tuturam - başqa heç nə qalmayıb. Onlar ayaqqabı qutularına bənzər iki kiçik konteynerdə idi".
Bu açıqlamalar həlak olanların qalıqlarının çıxarılması əməliyyatının nə qədər çətin olduğunu bir daha gündəmə gətirib. Okeanın dibindən "Titan"ın qalıqlarını çıxaran dalğıclar və robotlar zədələnmiş korpusun içində qarışmış bioloji materialla qarşılaşıblar və bunu vizual şəkildə ayırmaq mümkün olmayıb.
Qalıqları müəyyən etmək üçün DNT analizləri aparılıb. Yalnız doqquz ay sonra alimlər hansı hissələrin Şahzadə Davuda, hansının Süleyman Davuda və digərlərinin digər sərnişinlərə aid olduğunu dəqiq müəyyən edə biliblər. Bundan sonra qalıqların kiçik hissələri ailələrə təhvil verilib.
Qalıqların belə ağır vəziyyətdə qaytarılmasına baxmayaraq, Kristina Davud təsəlli tapdığını da bildirib. O qeyd edib ki, istintaqın nəticələrinə görə qəza ani baş verib və bu da o deməkdir ki, onun əri və oğlu, eləcə də digər sərnişinlər baş verən təhlükəni hiss etməyə belə vaxt tapmayıblar.
Xatırladaq ki, "Titan" dərinlik aparatı 18 iyun 2023-cü ildə Atlantik okeanının dibində yerləşən məşhur "Titanik"in qalıqlarını görmək üçün ekspedisiya zamanı yoxa çıxıb. Sualtı aparatın göyərtəsində beş nəfər olub: Stokton Ruş, britaniyalı milyarder Hamiş Hardinq, Şahzadə Davud və oğlu Süleyman Davud, həmçinin fransalı tədqiqatçı Paul-Henri Narqeolet.
Bir neçə gün davam edən axtarışlardan sonra məlum olub ki, xilas ediləcək heç kim qalmayıb. 3500 metrdən artıq dərinlikdə suyun böyük təzyiqinə tab gətirə bilməyən aparat ani imploziya nəticəsində dağılıb, yəni saniyənin bir hissəsində içəriyə doğru çökərək məhv olub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 719 Tarix: 06 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabr