Bakıda iri anbarda baş verən yanğın NƏZARƏTƏ GÖTÜRÜLDÜ - YENİLƏNİR - FOTO - VİDEO

Bakıda iri anbarda baş verən yanğın NƏZARƏTƏ GÖTÜRÜLDÜ - YENİLƏNİR - FOTO - VİDEOBakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bununla bağlı Sonxeber.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğının söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.
Bakıda iri anbarda baş verən yanğın NƏZARƏTƏ GÖTÜRÜLDÜ - YENİLƏNİR - FOTO - VİDEOBakıda iri anbarda baş verən yanğın NƏZARƏTƏ GÖTÜRÜLDÜ - YENİLƏNİR - FOTO - VİDEOBakıda iri anbarda baş verən yanğın NƏZARƏTƏ GÖTÜRÜLDÜ - YENİLƏNİR - FOTO - VİDEOBakıda iri anbarda baş verən yanğın NƏZARƏTƏ GÖTÜRÜLDÜ - YENİLƏNİR - FOTO - VİDEOBakıda iri anbarda baş verən yanğın NƏZARƏTƏ GÖTÜRÜLDÜ - YENİLƏNİR - FOTO - VİDEO09:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bununla bağlı Oxu.Az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Baku TV-nin yanğının baş verdiyi yerdən çəkdiyi görüntüləri təqdim edirik:

09:42

"Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğında xəsarət alan olmayıb".

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilib.

"Mayın 12-də saat 01:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Saat 09:30-adək xəsarət qeydə alınmayıb", - deyə məlumatda vurğulanıb.

09:33

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Oxu.Az-ın məlumatına görə, cəlb olunmuş qüvvələrin operativ və effektli idarə edilməsi üçün qərargah yaradılıb.

09:13

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bununla bağlı Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

08:41

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş verən yanğınla mübarizə tədbirləri davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

08:17

Fövqaladə hallar naziri general-polkovnik Kəmallədin Heydərov paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində yanğın baş verən əraziyə gəlib.

Bu barədə Oxu.Az xəbər verir.

08:13

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Oxu.Az-ın məlumatına görə, əraziyə təcili tibbi yardım avtomobili cəlb olunub.
07:57

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in aviadəstəsinin helikopteri cəlb olunub.

Bu barədə Oxu.Az xəbər verir.

07:43

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarlar müxtəlif şirkətlərə aiddir.

Oxu.Az-ın məlumatına görə, hazırda kabel xətlərinin yerləşdiyi hissədə güclü yanğın müşahidə edilir.

07:36

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində başlayan yanğının ilkin səbəbi məlum olub.

Oxu.Az xəbər verir ki, ilkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.

Qeyd edək ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdilir. Əraziyə xeyli sayda canlı qüvvə və texnika cəlb edilib.

07:19

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Oxu.Az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının digər anbarlara keçməsinin qarşısını almağa çalışırlar.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnikası və canlı qüvvəsi cəlb edilib.

07:06

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

06:41

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın hadisəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Oxu.Az bu barədə FHN-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

06:27

Bakının Qaradağ rayonu ərazisində güclü yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, Lökbatan qəsəbəsi yaxınlığında böyük anbar yanır.

Hadisə yerindən görüntüləri təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3985   Tarix: 12 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir teleqramın tarixçəsi: Sabir Rüstəmxanlının Heydər Əliyevlə bağlı unudulmaz xatirəsi

"Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq simalarındandır". Bunu -a sabiq deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Heydər Əliyev barəsində saatlarla danışmaq olar:. "O bizim tariximizin ən parlaq şəxsiyyətlərindən biridir. Ən çətin günlərdə Azərbayca

10 may
.

Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?

Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağl

11 may
.

Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal

11 may
.

İkisi də dağlıq ərazidə azdı - Gecə ilə tapıldılar+Video

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətini

11 may
.

Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir. xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub. Həlak olan digə

11 may
.

Bu rayonda uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedir (VİDEO)

Neftçala rayonunun Sübh adasının sakinləri yoxsulluq içində yaşayırlar. Qaynarinfo xəbər verir ki, bu səbəbdən sakinlərin çoxu adanı tərk edib. Orada yaşayanlar Kürün o tayından bu tayına qayıqla keçirlər. Sübh adasında uçmuş evlərdən başqa heç nə yoxdur, nə mağaza, nə də tibb məntəqəsi. Bu adada uşaqla

11 may
.

Xameneidən orduya yeni əmr: Düşmənlərə qarşı sərt tədbirlər hazırlanır

İranın Ali Rəhbəri Müctəba Xamenei "Xatəm əl-Ənbiya" mərkəzi hərbi qərargahının komandanı Əli Abdullahi ilə görüşü zamanı ölkənin düşmənlərinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində orduya yeni tapşırıqlar verib. xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. Məlumata görə

10 may
.

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!

Azərbaycanın avtomobil yollarında mayın 12-də müşahidə ediləcək vəziyyət açıqlanıb.​. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarınd

11 may
.

Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. 16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı Gəncə şəhər prokurorluğund

11 may