Messi futbolda ilk dəfə varisini AÇIQLADI
Lionel Messi ilk dəfə olaraq öz yolunu təkrarlaya biləcək futbolçu haqqında açıq danışıb.
38 yaşlı hücumçu müsahibəsində bildirib ki, o, 17 yaşlı Lamin Yamalda sadəcə istedadlı gənci deyil, özünün tam surətini görür.
Bu açıqlama Argentina prezidentinin Messini yenidən futbol tarixinin ən böyük oyunçusu adlandırmasından sonra səsləndirilib.
Yüksələn ulduzlar haqqında suala cavab verən Messi olduqca qısa və qəti danışıb. O vurğulayıb ki, çox sayda istedadlı gənc oyunçular meydana çıxsa da, məhz Yamal onun "Barselona"dakı karyerasının başlanğıcı ilə ən çox oxşarlıq yaradır. Argentinalı futbolçu bu fikrini yalnız gənc istedadın nailiyyətləri ilə deyil, həm də meydanda göstərdiyi böyük potensialla əsaslandırıb. Onun sözlərinə görə, ispan hücumçu yeni nəslin ən yaxşı nümayəndəsidir.
Xatırladaq ki, Lamin Yamal, "Barselona" akademiyasının yetirməsi kimi artıq bu mövsüm bir-birinin ardınca rekordlar qıraraq futbol ictimaiyyətini heyran edib. Messi isə katalon klubunda keçirdiyi 778 oyun, vurduğu 672 qol və etdiyi 303 məhsuldar ötürmə ilə bu müqayisəni aparmaq üçün kifayət qədər təcrübəyə malikdir.
17 yaşlı ispan futbolçunun hesabında artıq 45 oyunda 24 qol və 18 assist var ki, bu da onun yaşı üçün olduqca yüksək göstəricidir və gələcəyi ilə bağlı gözləntiləri daha da artırır.
Əlavə edək ki, hazırda Lamin Yamal zədə səbəbindən heyətdən kənarda qalıb və bərpa prosesini davam etdirir. Buna baxmayaraq, Messinin bu proqnozu artıq dünya mediasında geniş müzakirələrə səbəb olub. /Lent.az
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1532 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı
Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq
17 sentyabr"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib
"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib
17 sentyabrZubir "Qarabağ"a qayıdır? - RƏSMİ
Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans
9 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabr"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb
"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə -a klubun mətbuat xidmətindən bildirilib. Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub
10 sentyabrXames Rodriges karyerasını İtaliyada davam etdirə bilər
İspaniyanın "Real" və Almaniyanın "Bavariya" (Münhen) klublarının sabiq yarımmüdafiəçisi Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər. "Marca"ya istinadən xəbər verir ki, B Seriyası təmsilçisi "Avellino" 35 yaşlı kolumbiyalı yarımmüdafiəçiyə 1 illi
9 sentyabrAtası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç
12 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr